Audit üzrə mütəxəssis

Vakansiya detalları

  • Şirkət UNİTRADE group MMC
  • Baxış sayı 446
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 35
  • Əmək haqqı 1000 AZN
  • Təcrübə3 ildən 5 ilə qədər

Vakansiyanı premium et

Audit üzrə mütəxəssis

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 17 apr 2024
  • Bakı, Azərbaycan

İş haqqında

Əsas vəzifə öhdəlikləri:
- Obyektlərinin həcmini müəyyən etmək
- Fəaliyyət göstərilən ərazidə ticarət nümayəndəsi ilə debitorların yoxlanışının həyata keçirilməsi. Uçot məlumatlarına əsasən qarşılıqlı üzləşmə sənədlərində mövcud olan maddələr üzrə sənədləşmənin dəyərləndirilməsi
- Anbarda mövcud olan məhsulların sayımını həyata keçirmək və sayım nəticələrini raportlamaq
- Audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparır
- Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında Departamentin adından iştirak edir
- Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata keçirir
- Fəaliyyət göstərilən ərazidə inventarların mövcudluğunu və təyinatına uyğun istifadəsini yoxlamaq və raportlamaq
- Ödənişlərin və satışın effektivliyini nəzərə alaraq aktivlərin idarə edilməsinə nəzarət edir, şirkətin aktivlərinin qorunması vasitələrini qiymətləndirir
- Şirkətdaxili kompaniyaların şərtlərinə uyğun olaraq malların anbardan təhvil alınıb müştərilərə çatdırılması prosesinə nəzarət edir
- Risk dəyərləndirmələri əsnasında seçilmiş ticarət nümayəndəsində yoxlamaların həyata keçirilməsi. Kənarlaşmaların araşdırılıb aradan qaldırılması,aparılan yoxlamanın nəticələrinin rəhbərliyə təqdim edilməsi
- Key Account tipli marketlərdə şirkətin bütün satış kanalları üzrə üzləşmələrin aparılamsı, ödənişlərin düzgün bölgüsünə nəzarət, aşkarlanan kənarlaşmaları araşdırıb aradan qaldırmaq
- Uyğunsuzluqların təkrarlanmaması istiqamətində səlahiyyətli şəxslərdən izahatların alınması, rəylərin hazırlanması və təkliflərin verilməsi
- Şirkətin aylıq, rüblük və illik hesabatlarının yoxlanılması
- Bütün növ iş sənədlərinin qorunub saxlanılması
Tələb olunan bilik və bacarıqlar:
- Daxili audit qaydalarını bilməli
- İqtisadi sahədə qanunvericiliyi bilməli
- Mənimsəmə, saxtakarlıq kimi halları aşkar etmə və korporativ idarəetmə bacarığı İş qrafiki:
- Həftədə 5 iş günü, 09:00-dan - 18:00-dək
- Əmək haqqı: 1000 azn
- AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır İş yeri:
- Bakı şəhəri

Tələblər

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali (Mühasibat uçotu və audit, idarəçilik, iqtisadiyyat, maliyyə)
- İş təcrübəsi: ən azı 3 il (Mühasibatlıq, Maliyyə, Audit sahəsi üzrə)
- Distribusiya sahəsində təcrübə mütləqdir
- Regionda qalan
- Beynəlxalq Mühasibat Uçotunun ilkin bilikləri
- 1C, Micro proqramları ilə işləmək bacarığı
- Dil bilikləri: azərbaycan dili, rus dili və ingilis dili arzuolunan
- Təhlil, analitik düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
- Vergi qanunvericiliyi, BMU sistemi ilə yaxindan tanışlıq, beynəlxalq sertifikatları olanlara üstünlük veriləcək
- Analitik və ünsiyyət qurma bacarığı
- Kompüter bilikləri: MS Office
- Nəqliyyat mütləqdir Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Audit üzrə mütəxəssis” yazaraq elektron ünvanına göndərmələri xahiş olunur Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram