Baş mühasib

Vakansiya detalları

  • Şirkət Global Standart 1 Beynəlxalq Sisteminin Təbliği İctimai Birliyi
  • Baxış sayı 415
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 45 - 55
  • Əmək haqqı 1800 - 2000 AZN
  • Təcrübə5 ildən artıq

Vakansiyanı premium et

Baş mühasib

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 12 apr 2024
  • Bakı, Azərbaycan

İş haqqında

- Azərbaycan Respublikasının Qanunvericiliyinin tələblərinə uyğun olaraq uçotun təşkil edilməsi, aidiyyatı Dövlət strukturlarına və müəssisə rəhbərliyinə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini əks etdirən bütün məlumatların vaxtında təqdim edilməsinin təşkil edilməsi
- Vergi hesabatlarının (Mənfəət,ÖMV, ƏDV, əmlak, DSMF və s.) təqdim edilməsi
- Müəssisə üzrə aylıq, rüblük və illik hesabatların vergi, statistika və DSMF-na göndərilməsi
- ƏDV depozit hesabı və Şəxsi hesab vərəqəsinə nəzarət etmək, ödənişləri təmin etmək
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, qoyulan vaxt ərzində ödənilməsi
- Debitor və kreditor borclara nəzarət etmək
- Balansın və onun əlavələrinin tərtib edilməsinə və aidiyatı üzrə təqdim edilməsi
- Müəsisənin aktiv və öhdəliklərinin mütəmadi inventarizasiyasının aparılması
- Xərclərə nəzarət və optimallaşdırılması üçün təkliflərin hazırlanması
- Müəssisə rəhbərliyi tərəfindən verilən əmrlərin, sərəncamların və digər yazılı göstərişlərin icrasının təşkili
- İş qrafiki: Həftə içi 5 iş günü, 09:00-dan - 18:00-dək
- Şənbə və bazar istirahət günləri

Tələblər

- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır)
- Baş mühasib kimi ən azı 7-10 il iş təcrübəsi
- Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi
- Mühasibatlıqla bağlı AR qanunvericiliyi, Vergi məcəlləsini bilməli
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli
- Peşəkar mühasib sertrifikatının olması arzuolunandır
- MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli
- İnternet bankinq ilə işləyə bilməli
- Azərbaycan və rus dillərinin biliyi mütləkdir Tələblərimizə cavab verməyən CV-ni bizə göndərməməyiniz xahiş olunur

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram