Ofis meneceri

Vakansiya detalları

  • Şirkət AN Import Export
  • Baxış sayı 398
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 35
  • Əmək haqqı 500 - 600 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Ofis meneceri

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 27 mar 2024
  • Bakı, Azərbaycan

İş haqqında

Əmək funksiyası:
- Görüş cədvəllərini hazırlamaq və qrafiklərə uyğun təşkil etmək
- Gələn zəngləri (və digər vasitələrlə edilən müraciətləri) qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək, şirkətin yenilənmiş telefon siyahısını saxlamaq
- Qonaqları qarşılamaq və yönləndirmək
- Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi, poçt və ya kuryerlə göndərilməsi
- Məktublara nömrələrin verilməsi və jurnalda müvafiq qeydiyyatın aparılması
- Şirkət adından məktubların hazırlanmasında iştirak etmək
- Ofis daxili ehtiyacların müəyyənləşdirilməsi, sifarişlərin edilməsi, ləvazimat, su və ərzaqların təchizinə nəzarət etmək
- Direktorun otağının təmizliyi və xadimələrin işinə nəzarət
- Çay, kofe hazırlanması və təqdim edilməsi
- Şirkətin mətbəxinə aid işlərin yerinə yetirilməsi
- Müxtəlif növ sənədlərin (məsələn, vizit kart və s.) tərtibi, çapı və göndərilməsi
- Tədbirlərin təşkili
- Ofis daxili təmir işlərinin təşkili və ona nəzarət
- İşçilərin səfərləri ilə bağlı nəqliyyatın təşkilini, bronunu həyata keçirmək
- Görülən işlərlə bağlı, həmçinin, Direktorun təlimatı ilə işlə əlaqədar digər mövzularda hesabatların hazırlanması
- İş yeri: Bakı şəhəri
- İş rejimi: 6 günlük

Tələblər

- MS Office proqramlarından istifadə bacarığı
- Rus dili biliyi vacibdir
- Gərgin iş şəraitində işləməyi bacarmalıdır
- Problem həll etmə qabiliyyəti
- Komandada işləmək bacarığı
- Xanım namizədlərə üstünlük verilir Müraciət qaydaları:
CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Ofis meneceri” yazıb göndərməklə müraciət edə bilərsiniz

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram