Vəzifələr:
- Mağazanın ümumi fəaliyyətini təşkil edir
- Şirkət tərəfindən mağaza qarşısında təyin edilmiş hədəflərin yerinə yetirilməsini həyata keçirir
- Mağazanın bütün əməkdaşlarına rəhbərlik edir: onların iş geyimlərinin və xarici görünüşünün qaydalara uyğun olmasına, müştərilərlə düzgün ünsiyyət qurmalarına nəzarət edir
- İşçilərin şirkətin daxili qaydalarına və öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə nəzarət edir
- Müştərilərin təklifləri ilə maraqlanır, daxil olan şikayətlərin aradan qaldırılması yönündə tədbirlər görür
- Mağazada yaranmış hər hansı problemin həll edilməsi üçün müvafiq tədbirlər görür
- Mağazada aparılan bütün əməliyyatların şirkətdaxili prosedurlara əsasən keçirilməsinə nəzarət edir
- Mağazanın inkişafı, məhsulların və xidmətlərin yaxşılaşdırılması barədə təkliflər verir
- Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət
- Mal qalıqlarına nəzarət və uçotun aparılması
- Assortimentin və satışın analizi
- Daxili inventarizasiyanın aparılması
- Müştərilərlə iş
- Mağazanın bütün əməkdaşlarının həftəlik və aylıq iclaslarını keçirir
- Görülən işlərin qeydinin aparılması - İş qrafiki: 5 günlük iş qrafiki
- Əmək haqqı: Fiks əmək haqqi + %
- Orta aylıq əmək haqqı satışlardan asılı olaraq 1500-3000 AZN
- Təhsil: orta ixtisas və ya ali təhsil
- Təcrübə: Minimum 5 il satış sahəsində (2 ili rəhbər vəzifədə olmaqla) iş təcrübəsi olmalı
(qida sektoru istisna olmaqla)
- Satış texnikalarını yaxşı bilməli, müştəri yönümlü və satışa meyilli olmalı
- Analitik təhlil qabiliyyətinə sahib olmalı
- Azərbaycan və rus dillərini əla səviyyədə bilməli
- Yaş: 25-40
- Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Mağaza müdiri” qeyd etməklə ünvanına göndərmələri xahiş olunur