İş günləri: həftədə 6 iş günü
2. Məsuliyyətlər
Təyin olunmuş ofis sahələrinin gigiyenik və estetik vəziyyətinə görə məsuliyyət daşıyır.
Təmizlik zamanı müşahidə etdiyi nasazlıqları, təhlükəli vəziyyətləri və çatışmazlıqları rəhbər şəxsə məlumat verməlidir.
Özünə təhkim edilmiş avadanlıqlara, ləvazimatlara və təmizlik vasitələrinə düzgün yanaşmalı və onların qorunmasına cavabdehdir.
3. Səlahiyyətlər
Təmizlik vasitələrinin, sabun, salfet və digər materialların çatışmazlığı barədə rəhbərliyə məlumat vermək hüququna malikdir.
Təmizləmə zamanı iş şəraiti üçün təhlükə yarandıqda prosesi müvəqqəti dayandırmaq və rəhbər şəxsə bildirmək səlahiyyətinə malikdir.
Qeyd:Vakansiya Bakı şəhərində yaşayan namizədlər üçün aktivdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Xadimə” qeyd edərək sales@kehrizsu.az elektron poçt ünvanına və ya 077 233 04 82 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
Ofis təmizliyi üzrə əsas gigiyena qaydalarını və prosedurları bilməlidir.
Zərif səthlərə, elektron qurğulara (kompüter, printer, telefon və s.) necə yanaşmalı olduğunu bilməlidir.
Səliqəli, diqqətli, məsuliyyətli və etibarlı olmalıdır.
Ən azı 1 il oxşar sahədə iş təcrübəsinə malik olması üstünlükdür.
Ofis otaqları, dəhlizlər, toplantı otaqları, qəbul zonaları, mətbəx və sanitar qovşaqların gündəlik təmizliyini yerinə yetirməlidir.
Masa, şkaf, telefon, kompüter ətrafı və digər səthləri tozdan təmizləməlidir.
Döşəmələri müntəzəm silməli, xalçaları süpürgə və ya tozsoranla təmizləməlidir.
Zibil qutularını boşaltmalı və zibili müəssisədə təyin olunmuş əraziyə çıxarmalıdır.
Sanitar qovşaqlarda sabun, kağız, kağız dəsmallar, maye sabun və digər vasitələrin mövcudluğunu təmin etməlidir.
Mətbəx zonasında istifadə olunan səthlərin və avadanlıqların təmizliyinə nəzarət etməlidir.
Qonaq qəbul sahələrini daima təmiz və nizamlı vəziyyətdə saxlamalıdır.
Təmizlik zamanı istifadə etdiyi vasitələri yuyub səliqəli şəkildə saxlamalıdır.
Əlaqə nömrəsi: (077) 233-04-82