Satış meneceri

Vakansiya detalları

  • Şirkət Perila.az MMC
  • Baxış sayı 22
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 21 - 35
  • Əlaqədar şəxsin e-maili info@perila.az
  • Əmək haqqı 800 - 1500 AZN
  • Təcrübə3 ildən 5 ilə qədər

Vakansiyanı premium et

Satış meneceri

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 25 may 2026
  • Bakı, Azərbaycan

İş haqqında

Əmək haqqı: 800-1500 AZN (bacarıqlara əsasən) sabit əmək haqqı + hədəf əsaslı satış bonusları + performans əsaslı KPI bonusları

Korporativ nömrə və kompüter

Mağaza daxili Praktiki satış üzrə təlimlər

İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə

6 günlük iş rejimi (09:00 dan-18:00 dək), həftədə 1 gün istirahət (istirahət günü həftəiçi təyin olunur)

 

Müraciət qaydası:

CV-lərinizi “Mövzu” hissəsində ”Satış meneceri” qeyd etməklə info@perila.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Təcrübə: Korporativ satış sahəsində minimum 2-3 il iş təcrübəsi

Dil bilikləri: Azərbaycan dili (səlis şifahi və yazılı), İngilis dili (üstünlükdür), Rus dili biliyi (orta-yuxarı səviyyədə şifahi və yazılı)

Ünsiyyət bacarığı: İşgüzar ünsiyyət etikası, səlis və inandırıcı danışıq bacarığı, təqdimat bacarığı, etirazlarla işləmə və əsaslandıra bilmək bacarığı.

Şəxsi keyfiyyətlər: Gülərüz,enerjili və motivasiyalı olmaq.

Tələblər

Yeni korporativ müştərilərin axtarışı, potensial müştəri bazasının genişləndirilməsi

Mövcud müştərilərlə davamlı əlaqələrin saxlanılması və inkişaf etdirilməsi

Müştəri ehtiyaclarının öyrənilməsi və onlara uyğun həllərin təklif edilməsi

Şirkətin məhsul və xidmətlərini korporativ müştərilərə təqdim etmək

Satış təqdimatları, görüşlər, demo və təqdimatların hazırlanması və keçirilməsi

Qiymət təkliflərinin hazırlanması, müqavilə şərtlərinin razılaşdırılması

Satış planının yerinə yetirilməsi, aylıq və rüblük satış hədəflərinə nail olunması

Bazar trendlərini izləmək

Müştəri davranışlarını və trendləri analiz edərək satış strategiyasına töhfə vermək

Satış fəaliyyətləri barədə gündəlik/həftəlik/aylıq hesabatların hazırlanması

CRM sistemində məlumatların dəqiq və vaxtında yenilənməsi

Müştəri sorğularını cavablandırmaq, şikayətləri operativ şəkildə həll etmək

Brend standartlarına uyğun təqdimat və davranış

Şirkəti tədbirlərdə, sərgilərdə və biznes görüşlərində peşəkar şəkildə təmsil etmək.

Əlaqə nömrəsi: (050) 592-12-12

Vakansiyaya müraciət edin
Müraciət formu yüklənir...
Telegram