Vəzifə: Senior / Middle Full-Stack Developer (React Native + Next.js)
Şirkət haqqında:
Biz beynəlxalq bazar üçün nəzərdə tutulmuş mobil tətbiq (React Native) və veb platforma (Next.js) üzərində çalışan, sürətlə inkişaf edən rəqəmsal layihəyik. Məqsədimiz yüksək performanslı, təhlükəsiz və istifadəçi yönümlü məhsul təqdim etməkdir.
İş şəraiti:
İş yeri: Ofisdən (remote yoxdur)İş qrafiki: həftədə 6 gün, saat 10:00 dan– 18:00 dək. Uzunmüddətli əməkdaşlıq və inkişaf imkanı.
Əlavə tələblər:
Portfolio mütləqdir (GitHub və ya real layihələr), ingilis dili biliyi mütləqdir.
Müraciət:
Maraqlanan namizədlər CV və portfolio linklərini təqdim edə bilərlər. Zəhmət olmasa yalnız real layihə təcrübəsi olan namizədlər müraciət etsin.
React.js və Next.js üzrə real layihə təcrübəsi, SSR və SEO optimizasiya bilikləri, HTML, CSS və responsive design anlayışı (Tailwind/SCSS üstünlükdür), React Native ilə mobil tətbiq hazırlama təcrübəsi, Android və iOS build, publish və update proseslərini bilməsi, Node.js (Express və ya NestJS) ilə işləmə təcrübəsi, REST API-lərin qurulması və idarə olunması, authentication və authorization (JWT, OAuth) bilikləri, MongoDB və ya PostgreSQL ilə işləmə təcrübəsi və database optimizasiya bacarığı.
Security bilikləri (mütləqdir):
Web və API təhlükəsizlik prinsipləri, XSS, CSRF, SQL Injection və digər risklərin qarşısının alınması, HTTPS, SSL və server təhlükəsizliyi anlayışı, istifadəçi məlumatlarının qorunması və təhlükəsiz login/payment sistemlərinin qurulması.
DevOps və əlavə biliklər:
Vercel və ya digər deployment platformaları ilə işləmə, Git (GitHub/GitLab), CI/CD anlayışı, domain və hosting idarəetməsi, Cloudflare və CDN istifadəsi.
Üstünlük hesab olunur:
Firebase ilə işləmə təcrübəsi, ödəniş sistemləri (Stripe və s.) ilə iş, yüksək trafikli layihələrdə təcrübə, UI/UX anlayışı.
Şəxsi keyfiyyətlər:
Müstəqil işləmə və texniki qərarları özü vermə bacarığı, məsuliyyətli və nəticəyönümlü yanaşma, problem həll etmə qabiliyyəti, yeni texnologiyaları tez öyrənmə bacarığı.
Mövcud veb saytın (Next.js) və mobil tətbiqin (React Native) texniki idarə olunması və inkişafı, sayt və tətbiqin bütün texniki yenilənmələrinin (update, upgrade, version control və s.) müstəqil şəkildə həyata keçirilməsi, yeni funksionallıqların hazırlanması və tətbiqi, backend API-lərin hazırlanması, inteqrasiyası və optimizasiyası, mövcud sistemdə bugların aşkarlanması və aradan qaldırılması, sayt və tətbiqin performans optimizasiyası (xüsusilə mobil və Google Ads trafik üçün), ödəniş sistemlərinin düzgün və stabil işləməsinə nəzarət, təhlükəsizlik boşluqlarının analiz edilməsi və qarşısının alınması, server, hosting və domain ilə bağlı texniki məsələlərin idarə olunması, layihənin davamlı olaraq texniki inkişafının təmin edilməsi.
Əlaqə nömrəsi: (055) 278-27-97