Elektrik avadanlıqlarının montyoru (təmir,xidmət)

Vakansiya detalları

  • Şirkət "Ekol Mühəndislik Xidmətləri" QSC
  • Baxış sayı 40
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 22 - 0
  • Əlaqədar şəxsin e-maili hr.group@ekol.az
  • Əmək haqqı Əmək haqqı razılaşma ilədir
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Elektrik avadanlıqlarının montyoru (təmir,xidmət)

  • Təhsil: -
  • Son müraciət tarixi: 22 may 2026
  • Bakı, Azərbaycan

İş haqqında

Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsi istehsalat sahəsində elektrik avadanlıqlarının fasiləsiz, təhlükəsiz və etibarlı istismarının təmin edilməsi, planlı və cari təmir işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərməyi nəzərdə tutur.

İş rejimi:Növbəli / gündəlik (müəssisənin daxili qaydalarına uyğun)

Xüsusi şərtlər:Yüksək riskli istehsalat sahəsində təhlükəsizlik qaydalarına ciddi əməl etmək;Fiziki cəhətdən sağlamlıq;Sənaye avadanlıqları (nasoslar, kompressorlar, separatorlar və s.) ilə işləmə bacarığı.

Biz təklif edirik:Şirkət tərəfindən təmin olunan nahar;Könüllü tibbi sığorta;Gediş-gəliş üçün nəqliyyat;

Müraciət üçün: CV-nizi mövzu sətrində “Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru” qeyd etməklə hr.group@ekol.az ünvanına göndərə bilərsiniz.

Təhsil: 

Elektrik, energetika və ya elektrotexnika ixtisası üzrə orta ixtisas və ya peşə təhsili;

Elektrik təhlükəsizliyi üzrə müvafiq sertifikat (ən azı III və ya IV qrup).

İş təcrübəsi: 

İstehsalat və ya sənaye müəssisəsində minimum 2–3 il iş təcrübəsi;

Elektrik mühərrikləri, paylayıcı qurğular və avtomatika elementləri ilə iş təcrübəsi;

0,4 kV və ya 6/10 kV şəbəkələrdə iş bacarığı.

Bilik və bacarıqlar:Elektrik sxemlərini oxuma və tətbiq etmə bacarığı;Elektrik ölçü cihazlarından (multimetr, meqaommetr və s.) istifadə bacarığı.

Şəxsi keyfiyyətlər:Məsuliyyətlilik və intizam;Komandada işləmək bacarığı;Operativ qərarvermə qabiliyyəti;Texniki sənədlərlə işləmək bacarığı.

Tələblər

Elektrik avadanlıqlarının təmiri və texniki xidmətinin həyata keçirilməsi;Güc və işıqlandırma şəbəkələrinin montajı və təmiri;Elektrik mühərriklərinin qoşulması, diaqnostikası və təmiri;Qısaqapanma, torpaqlama və izolyasiya ölçmələrinin aparılması;Avtomat açarlar, kontaktorlar, relelər və qoruyucu qurğularla işləmək;Elektrik nasazlıqlarının operativ aşkar edilməsi və aradan qaldırılması;Qəza hallarında operativ müdaxilə edilməsi;Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi.

Əlaqə nömrəsi: (012) 311-10-03

Vakansiyaya müraciət edin
Müraciət formu yüklənir...
Telegram