Restoran direktoru (sumqayıt filialı)

Vakansiya detalları

  • Şirkət Pizza Mizza
  • Baxış sayı 19
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 40
  • Əlaqədar şəxsin e-maili hr@pizzamizza.az
  • Əmək haqqı 1300 - 1800 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Restoran direktoru (sumqayıt filialı)

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 14 may 2026
  • Sumqayıt, Azərbaycan

İş haqqında

“Pizza Mizza” MMC -e “Restoran Direktoru” (Sumqayıt filialı) tələb olunur.

 Pizza Mizza'nın yaranma hekayəsi yalnız bir vizyonun təzahürü deyil, həm də orijinallıq və yüksək keyfiyyət standartlarına sadiq bir mədəniyyəti yaratmaq arzusudur. Bu markanın kökündə, Azərbaycanda pizzaya olan baxışları dəyişdirərək hər kəs üçün yenilikçi və keyfiyyətli məhsullara əlçatanlığı artırmaq istəyi yatır. Bu, sadəcə bir iş təşəbbüsü deyil, həm də məhsul və xidmətlərimizlə həqiqi bir fərq yaratmaq istəyidir.

Gənc və dinamik komandada işləmək imkanı

Karyera inkişafı

Sürətlə inkişaf edən şirkətin komanda üzvü olmaq imkanı

6 günlük iş rejimi.

Nahar şirkət tərəfindən təqdim edilir.

Əmək haqqı 1300-1800 AZN

Əlavə iş saatına görə ödəniş

Müraciət üçün: CV-lərinizi başlıqda “Restoran direktoru”  yazaraq hr@pizzamizza.az ünvanına göndərə          bilərsiniz.

Müvafiq sahədə (Restoran meneceri və ya Direktoru kimi) 1-3 il təcrübə

Dil bilikləri: mütləq səlis azərbaycan dili, ingilis ve ya rus dili arzuolunandır

Yaş 25-40

Komandada işləmək bacarığı

Punktual, məsuliyyətli, stressə davamalı, detallara diqqətli, səlis nitqli

İdarəetmə və problem həll etmə bacarığı olmalı

Güclü liderlik və idarəetmə bacarıqları.

Yüksək səviyyədə ünsiyyət və interpersonal bacarıqlar.

Analitik düşüncə və problem həll etmə qabiliyyəti.

Maliyyə və büdcə ilə işləməyin təcrübəsi

Qida təhlükəsizliyi və gigiyena standartları üzrə dərin biliklər və ya sertifikat.

Restoran mühiti, uzun saatlar və çevik iş saatları tələb oluna bilər.

Fərqli növbələrdə işləmək bacarığı.

Şəbəkə daxilində müxtəlif filiallarda işləmək üçün hazırlıqlı olmaq.

Tələblər

Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək.

Restoranın performansını izləmək və təkmilləşdirmək üçün müvafiq tədbirlər görmək

Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsinə nəzarət etmək.

Restoranda sənədləşmə işlərinin aparılması, hesabat  sənədlərinin tərtibi və göndərilməsini təmin etmək.

Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək.

Restoran heyətini idarə etmək, təlimlər keçirmək və işçilərin inkişafını təmin etmək

İşçi heyəti üçün vaxtlı vaxtında qiymətləndirmənin təşkil olunması təmin etmək.

Məhsulları müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını təmin etmək.

Restoranın müvafiq iş rejimi əsasında vaxtlı vaxtında açılmasını və bağlanmasını təmin etmək.

Restoranda xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək.

Sifarişlərin müştərilərə göndərilməsinin və hazırlanmasının düzgünlüyünə nəzarəti həyata keçirmək.

Müştəri rəylərini izləmək və həll etmək

Restoranın satış planının icrasını təmin etmək.

Xərcləri idarə etmək.

Restoranda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək

SOP və daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək

Lazım gəldikdə, müxtəlif vəzifələrdə komanda üzvlərinə kömək etmək

Restoranin təmizliyinə və səliqəli saxlanılmasına cavabdeh olmaq

Filialın texniki və təmirat ehtiyaclarını idarə etmək.

Texniki xidmət və təmir işlərinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsini təmin etmək.

Müştəri məmnuniyyəti üçün çalışmaq.

Əlaqə nömrəsi:

Vakansiyaya müraciət edin
Müraciət formu yüklənir...
Telegram