Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC Marketinq şöbəsinin Baş mütəxəssisi /Şöbə müdiri vakansiyası elan edir
İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00.
Ünvan: Bakı şəhəri, Atatürk prospekti 12A, “İnternational” ASC-nin Baş ofisi
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini vakansiya@icu.az elektron ünvanına Subject/Mövzu hissəsində “Marketinq şöbəsinin Baş mütəxəssisi /Şöbə müdiri” qeyd etməklə göndərmələri xahiş olunur.
Marketinq, Iqtisadiyyat, Menecment və yaxud yaxın sahə üzrə ali təhsil
Bank və ya BOKT sektorunun marketinq, reklam və ya kommunikasiya sahəsində ən az 3 il təcrübə
BOKT və ya Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatlılıq
Daxili və xarici maraqlı tərəflərlə effektiv kommunikasiya qurma bacarığıı;
Kreativ və stratejik düşünmə qabiliyyəti, biznesin inkişafı və müştəri cəlbini təmin etmək üçün gərəkli olan effektiv marketinq kampaniyalarının və təşəbbüslərinin inkişaf etdirmə və həyata keçirmə bacarığı;
Komandada işləmə bacarığı;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Mükəmməl Azərbaycan dili biliyi;
Microsoft Office proqramları ilə işləmə bacarığı.
Təşkilatın marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
Bazar meyllərinin və istehlakçı davranışlarının araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması;
SEO/SEM, Google Ads, Facebook, Instagram, Tiktok, LinkedIn və digər platformalarda reklam kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması;
Satış komandası ilə birgə marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsi;
Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması;
PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;
Marketinq, media və PR agentlikləri ilə əməkdaşlığın idarə edilməsi;
Rəqiblərin fəaliyyəti və bazar tendensiyalarının davamlı izlənməsi və təhlili.
Əlaqə nömrəsi: