Baş mühasib

Vakansiya detalları

  • Şirkət Aura Məişət Texnikası MMC
  • Baxış sayı 19
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 30 - 60
  • Əlaqədar şəxsin e-maili hr@aurammc.az
  • Əmək haqqı 1200 - 1500 AZN
  • Təcrübə5 ildən artıq

Vakansiyanı premium et

Baş mühasib

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 01 may 2026
  • Bakı, Azərbaycan

İş haqqında

Xanım, Baş Mühasib (Excel və ERP təcrübəli). 30-60 yaş arası.

Şirkət haqqında:

Şirkətimizin maliyyə, vergi və kadr sənədləşməsini yüksək məsuliyyətlə idarə edəcək, rəhbərliyə suallar deyil, həll yolları və strateji təkliflər təqdim edəcək, yüksək intizamlı Baş Mühasib axtarırıq.

Əmək haqqı: 1200 – 1500 AZN Net (Namizədin təcrübəsinə uyğun olaraq).

İş qrafiki: 5 günlük (və ya 5 gün + Şənbə qısa gün), 09:30 dan-18:30 dək

Nahar: ofis daxili şirkət tərəfindən.

Məkan: Bakı şəh., Şəmsi Rəhimov

Maraqlanan namizədlər CV-ləri “Baş Mühasib” başlığı altında göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Ali iqtisadi təhsil (maliyyə, mühasibatlıq)

Vergi, DSMF, Statistika və əmək qanunvericiliyi üzrə biliklər

PMS (Peşəkar Mühasibat Sertifikatı) sertifikatı – mütləqdir

Analitik düşüncə, məsuliyyət və idarəetmə bacarığı

Mühasibat sahəsində minimum 5 il iş təcrübəsi.

MS Excel proqramını peşəkar (mürəkkəb düsturlar, Pivot) səviyyədə bilmək (mütləqdir).

ERP və digər proqramları sürətlə mənimsəmə bacarığı.

AR Vergi və Əmək qanunvericiliyini mükəmməl bilmək.

Müstəqil qərarvermə, proaktiv yanaşma və yüksək iş intizamı.

Tələblər

Vergi və Hesabatlılıq: AR Vergi Məcəlləsinə uyğun olaraq bütün növ bəyannamələrin (Vergi, DSMF, Statistika, Məşğulluq) düzgün hazırlanması və vaxtında təqdim edilməsi.

Maliyyə Analizi: Debitor və kreditor borclarının, gəlir-xərc balansının MS Excel proqramında mürəkkəb düsturlar və Pivot cədvəllər vasitəsilə analiz edilməsi.

Hesabatlılıq: Rəhbərliyə mütəmadi maliyyə hesabatlarının təqdim edilməsi.

ERP Sistemi: Şirkətin daxili ERP sisteminin qısa müddətdə mənimsənilməsi və məlumatların düzgün işlənməsinin təmin edilməsi.

Sənəd Dövriyyəsi: Elektron qaimə-fakturaların hazırlanması, daxil olan sənədlərin yoxlanılması və Bank-klient (İnternet-bankçılıq) əməliyyatlarının aparılması.

Kadr Uçotu: İşçilərin e-gov.az portalında qeydiyyatı və əmək müqavilələrinin hazırlanması.

Əmək Haqqı: Əmək haqqı, məzuniyyət və digər hesablamaların qanunvericiliyə uyğun aparılması.

Maliyyə İdarəetməsi: Şirkətin maliyyə proseslərinə nəzarət və rəsmi qurumlar qarşısında şirkətin peşəkar təmsil edilməsi

Əlaqə nömrəsi: (050) 270-34-00

Vakansiyaya müraciət edin
Müraciət formu yüklənir...
Telegram