Satış məsləhətçisi

Vakansiya detalları

  • Şirkət Embawood
  • Baxış sayı 12
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 24 - 0
  • Əlaqədar şəxsin e-maili career@embawood.com
  • Əmək haqqı Əmək haqqı razılaşma ilədir
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Satış məsləhətçisi

  • Təhsil: -
  • Son müraciət tarixi: 15 apr 2026
  • Bakı, Azərbaycan

İş haqqında

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 29 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür. Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi. Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir. Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır. 

 

İş qrafiki: 6 günlük, saat 10:00 dan– 20:00 dək və 11:00 dan-20:00 dək

 

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı  “Satış məsləhətçisi” qeyd edib bu ünvana göndərəsiniz. career@embawood.com

Ən azı 1  il iş təcrübəsiKollektivlə işləmə bacarığıÜnsiyyət qurma bacarığı.

Tələblər

Müştərinin qarşılanması, mağazada təkibi və yola salınmasıMalların vitrində yerləşdirilməsiMalın ticarət zalında qorunmasının təmin edilməsiMalın seçimində müştəriyə köməyin göstərilməsi, malın funksiyası və digər üstünlükləri barədə məlumatın verilməsi.

Əlaqə nömrəsi: (012) 436-74-05

Vakansiyaya müraciət edin
Müraciət formu yüklənir...
Telegram