Qida təhlükəsizliyi üzrə inspektor

Vakansiya detalları

  • Şirkət FRESH Catering
  • Baxış sayı 21
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 45
  • Əlaqədar şəxsin e-maili hr@freshcatering.az
  • Əmək haqqı 1500 AZN
  • Təcrübə3 ildən 5 ilə qədər

Vakansiyanı premium et

Qida təhlükəsizliyi üzrə inspektor

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 11 apr 2026
  • Bakı, Azərbaycan

İş haqqında

Layihə üçün Qida Təhlükəsizliyi üzrə inspector

Layihə müddəti: 15.04.2026 -25.05.2026

İş şəraiti:

Əmək haqqı 1500 AZN (aylıq)

Yemək və forma şirkət tərəfindən verilir.

 

CV-lərinizi mövzu hissəsində “Layihə üçün Qida Təhlükəsizliyi üzrə inspektor” qeyd etməklə bu nömrəyə +99410-241-62-51 göndərməyiniz xahiş olunur.

Yaş həddi 25-45 yaş

Qida təhlükəsizliyi sahəsində ən az 3 il iş təcrübəsi

Sertifikat: İSO 9001:2015, İSO 22000 və İSO 17025 standartının tələblərini bilməsi, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır.

Ali təhsil (biologiya, qida təhlükəsizliyi,tibb və s.)

Azərbaycan və rus dili bilgisi vacibdir

Yüksək ünsiyyətqurma bacarığı.

Tələblər

Məhsulların keyfiyyətə nəzarət prosesinin izlənilməsi, proseslərin qaydalara uyğun icra edilməsinin təmin edilməsi

İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarət etmək

Prosedur və təlimatlara, sanitar-gigyena norma və qaydalarına riayət edilməsinə nəzarət və təmin etmək

Qida təhlükəsziliyi və keyfiyyətə nəzarət üzrə yoxlamalar keçirmək

AQTA ilə bağlı müvafiq sənədləşmələri icra etmək

Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək

Uyğun olmayan məhsullarla bağlı birbaşa rəhbərə məlumat vermək.

 

 

Əlaqə nömrəsi: (050) 291-74-14, (010) 241-62-51

Vakansiyaya müraciət edin
Müraciət formu yüklənir...
Telegram