Fraud inspektor

Vakansiya detalları

  • Şirkət "İnternational" Kredit Təşkilatı
  • Baxış sayı 22
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 23 - 0
  • Əlaqədar şəxsin e-maili vakansiya@icu.az
  • Əmək haqqı Əmək haqqı razılaşma ilədir
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Fraud inspektor

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 10 apr 2026
  • Bakı, Azərbaycan

İş haqqında

Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC Daxili nəzarət və risklərin idarə edilməsi şöbəsində  “Fraud İspektor” vakansiyası elan edir

Şirkətdə daxili və xarici dələduzluq (fraud) risklərinin vaxtında aşkarlanması, araşdırılması və qarşısının alınması; kredit, girov və filial əməliyyatları üzrə nəzarət mexanizmlərinin effektivliyinin təmin edilməsi və nəzarət boşluqlarının aradan qaldırılması.

İş şəraiti:

- İş günləri: I-V günlər;

- İş saatı: 09:00 dan-18:00 dək

Ünvan: Bakı şəhəri, Atatürk prospekti 12A, Allians Plaza

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini vakansiya@icu.az   elektron ünvanına Subject/Mövzu hissəsində "Fraud İnspektor" qeyd etməklə göndərmələri xahiş olunur.

- Maliyyə, İqtisadiyyat, Audit və ya Hüquq sahəsində ali təhsil

- Bank və ya BOKT sektorunda minimum 2 il iş təcrübəsi

- Kredit və girov əməliyyatları üzrə praktik bilik

- Daxili audit, risk və ya fraud araşdırmaları təcrübəsi üstünlükdür

- Ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığı

- Analitik düşüncə və fakt əsaslı qərarvermə bacarığı

- Azərbaycan dili sərbəst, İngilis dili orta səviyyədə

- Bakı və ölkədaxili filial ezamiyyətlərinə hazır olmaq

Şəxsi keyfiyyətlər

- Prinsipial və obyektiv mövqe

- Konfidensiallıq qaydalarına ciddi riayət

- Təzyiq altında işləmə bacarığı

- Detallara yüksək diqqət

- Müstəqil qərarvermə qabiliyyəti.

Tələblər

1. Monitorinq və Analitika

- Kredit portfeli üzrə riskli əməliyyatların və şübhəli aktivliyin mütəmadi təhlili

- Risk indikatorları (gecikmələr, transferlər, girov uyğunsuzluğu və s.) əsasında monitorinq aparılması

- Filial və əməkdaş səviyyəsində risk tendensiyalarının müəyyən edilməsi

- Məlumatların analizi və nəticələrin rəhbərliyə təqdim olunması

2. Fraud Araşdırmaları

- Daxili (əməkdaş yönümlü) və xarici (müştəri yönümlü) dələduzluq halları üzrə araşdırmaların aparılması

- Kredit dosyelərinin prosedur uyğunluğu baxımından təhlili

- Şübhəli sənədləşmə və saxtalaşdırma risklərinin qiymətləndirilməsi

- Əməkdaş və müştərilərdən yazılı izahatların alınması

- Sübut bazasının formalaşdırılması və rəsmi araşdırma hesabatının hazırlanması

3. Filial Yoxlamaları və Fiziki Nəzarət

- Planlı və qəfil yoxlamaların aparılması

- Girovların (xüsusilə qızıl girovlarının) fiziki inventarizasiyası

- Girovun saxlanması, transferi və realizasiya proseslərinin uyğunluq yoxlanışı

- Prosedur və daxili qaydalara riayət olunmasının qiymətləndirilməsi

4. Nəzarət Mexanizmlərinin Təkmilləşdirilməsi

- Nəzarət boşluqlarının müəyyən edilməsi

- Preventiv və korrektiv tədbirlər üzrə təkliflərin hazırlanması

- Fraud risk xəritəsinin hazırlanması və yenilənməsi

- Daxili prosedurların təkmilləşdirilməsi üzrə təşəbbüslərin irəli sürülməsi.

- Əmək haqqı – razılaşma yolu ilə

- Peşəkar inkişaf imkanı

- Müstəqil və məsuliyyətli iş mühiti.

Əlaqə nömrəsi:

Vakansiyaya müraciət edin
Müraciət formu yüklənir...
Telegram