Nəzarətçi

Vakansiya detalları

  • Şirkət GFC MMC
  • Baxış sayı 11
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 21 - 0
  • Əlaqədar şəxsin e-maili hr@gfc.az
  • Əmək haqqı 560 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Nəzarətçi

  • Təhsil: Orta
  • Son müraciət tarixi: 29 mar 2026
  • Bakı, Azərbaycan

İş haqqında

Vəzifə - Nəzarətçi İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi 

İş şəraiti:AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;Növbəli iş rejimi;Əmək haqqı-560 azn;Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Nəzarətçi” qeyd edərək  hr@gfc.az e-ünvanına göndərə bilərlər.Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

⦁    Orta ixtisas və ya ali təhsilli olması;⦁    Müvafiq vəzifədə 1 ildən az olmayaraq iş təcrübəsi;⦁    Səlis azərbaycan dili bilikləri;⦁    Komandada işləmək bacarığı;⦁    Yüksək müşahidə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik; ⦁    Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq bacarığı;⦁    Rəhbərliyin əmrlərinin vaxtında və düzgün icrası;⦁    Stressli və fövqəladə vəziyyətlərdə operativ qərarvermə bacarığı;⦁    AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.

Tələblər

⦁    Növbəli iş qrafikinə uyğun olaraq iş yerinə vaxtında gəlmək, növbəni daxili qaydalara əsasən qəbul etmək və təhvil vermək;⦁    Restorana daxil olan və çıxan şəxslərə, ümumi təhlükəsizlik rejiminə və daxili intizam qaydalarına nəzarət etmək;⦁    Restoran ərazisində quraşdırılmış videomüşahidə kameralarının, siqnalizasiya və digər təhlükəsizlik sistemlərinin fasiləsiz fəaliyyətinə nəzarət etmək;⦁    Restoranda yerləşən əmlakın, avadanlıqların və maddi dəyərlərin qorunmasını təmin etmək;⦁    Şübhəli halları vaxtında aşkar edərək rəhbərliyi məlumatlandırmaq;⦁    Aşkar edilmiş pozuntular, qüsurlar və təhlükə yaradan hallar barədə rəhbərliyə operativ məlumatı təqdim etmək, ilkin tədbirlər görmək;⦁    Münaqişəli vəziyyətlərin qarşısını almaq, yaranmış halları qanunvericiliyə və daxili qaydalara uyğun şəkildə nəzarətdə saxlamaq;⦁    Zərurət yarandıqda qaydaları pozan və ya münaqişə yaradan şəxsləri restorandan uzaqlaşdırmaq, ehtiyac olduqda hüquq-mühafizə orqanlarına müraciət etmək;⦁    Fövqəladə hallar (yanğın, qəza və digər) zamanı restoran ərazisində olan insanların təhlükəsizliyini təmin etmək, rəhbərliyi məlumatlandırmaq və zərurət olduqda müvafiq operativ xidmətləri çağırmaq;⦁    Yanğın təhlükəsizliyi, əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət etmək;⦁    Növbə zamanı baş verən hadisələr və görülən işlər barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək;⦁    Rəhbərliyin tapşırıq və göstərişlərini vaxtlı-vaxtında və dəqiq icra etmək.

Əlaqə nömrəsi:

Vakansiyaya müraciət edin
Müraciət formu yüklənir...
Telegram