İş rejimi: 6 günlük;
İş yeri: Bakı şəhəri;
Korporativ nömrə ilə təmin olunma;
Əmək haqqı: müsahibə əsasında;
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz CV-lərini hr@gmco.az elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək.
İnşaat Mühəndisliyi (sənaye və mülki tikinti) ixtisası üzrə ali təhsil;
Sənaye və mülki binaların tikintisində müvafiq vəzifə üzrə minimum 10 il iş təcrübəsi;
Punktuallıq və məsuliyyət;
İşgüzar ünsiyyət və yüksək davranış keyfiyyətlərinə sahib olmalı;
Yüksək idarəetmə bacarığı;
Ezamiyyətlərə hazır olmalı;
Microsoft Office və AutoCad proqramlarında işləmək bacarığı;
Azrəbaycan dili-mükəmməl, rus və ingilis dili biliyi-üstünlükdür.
Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi;
Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət qurumları ilə olan münasibətlərin tənzimlənməsi;
Layihə üçün lazımi işçi qüvvəsi, avadanlıq və mal - materialların müəyyən edilməsi;
Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi;
Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli;
Ehtiyac olarsa, sahədə işin keyfiyyətlə yerinə yetirilməsi üçün tələb olunan çertyoj və sxemlərin düzgün işlənməsinə nəzarət edilməsi;
Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə nəzarət edilməsi;
Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi;
Layihənin cari vəziyyəti haqqında hesabatların və layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması və layihənin düzgün formada irəliləməsinin təmin edilməsi;
Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməs;
Layihə ilə bağlı gündəlik hesabatların rəhbərliyə təqdim edilməsi.
Əlaqə nömrəsi: (012) 310-02-40