Product manager

Vakansiya detalları

  • Şirkət Orzax
  • Baxış sayı 11
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 45
  • Əlaqədar şəxsin e-maili hr@orzax.az
  • Əmək haqqı 1300 - 2000 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Product manager

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 15 mar 2026
  • Bakı, Azərbaycan

İş haqqında

Product ManagerŞirkət: Orzax / BioHerbalBaku / İş yeri: Bakı /Yaş aralığı: 25 – 45 İş rejimi: Tam ştat

2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır. Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq, həkim yönümlü və elmi əsaslı strategiyasının effektivliyini bazar nəticələri ilə sübut etmişdir.Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir.

Bu çərçivədə komandamıza Product Manager axtarırıq.

Vəzifənin məqsədiMedical & Strategic Product Manager şirkətin məhsul portfelinin elmi, strateji və kommersiya inkişafını idarə edən əsas funksional roldur. Vəzifənin məqsədi məhsulların həkim və aptek kanalında düzgün mövqeləndirilməsi, bazar payının artırılması, elmi kontentin idarə edilməsi və satış komandalarının strateji dəstəklənməsidir.

Təklif etdiklərimiz1.1300 – 2000 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)2.Premya sistemi3.Benzin kartı (Avtomobili varsa)4.Davamlı təlim və inkişaf imkanları5.Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı

Bu vakansiya kimlər üçün DEYİL1.Yalnız operativ satış və ya sahə fəaliyyəti ilə məşğul olmaq istəyənlər2.Analitik və strateji düşünmə bacarığı zəif olan namizədlər3.Elmi kontent və medical marketing fəaliyyəti ilə işləmək istəməyənlər

Bu vəzifə sahədə Orzax brendinin elmi təmsilçisidir.

Təhsil (aidiyyatlı ixtisaslar):Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və dietologiya və ya əlaqəli sahələr üzrə ali təhsil.1.Təcrübəsiz namizədlər: elmi mövzulara real marağı olan, özünü inkişaf etdirməyə açıq və psixoloji cəhətdən hazır.2.Təcrübəli namizədlər: Product management, medical marketing və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi3.OTC, BAQM və ya dərman sektorunda təcrübə üstünlükdür

Peşəkar bacarıqlar:1.Analitik və strateji düşünmə qabiliyyəti2.Elmi məlumatlarla işləmə və interpretasiya bacarığı3.Təqdimat və elmi kommunikasiya bacarığı4.Layihə və portfel idarəetmə bacarığı5.Komanda koordinasiyası və liderlik bacarıqları6.MS Office və analitik alətlərlə işləmə bacarığı7.İngilis dili biliyi üstünlükdür

Tələblər

Strateji məhsul və portfel idarəçiliyi1.Məhsul portfeli üzrə illik strateji və marketinq planlarının hazırlanması2.Məhsulların həyat dövrü analizinin aparılması və inkişaf strategiyalarının qurulması3.Məhsulların prioritetləşdirilməsi və portfel optimizasiyası

Medical marketing və elmi fəaliyyətlər1.Məhsullar üzrə elmi kontentin hazırlanması və idarə olunması2.Klinik tədqiqatların və elmi məlumatların təhlili3.Həkim seqmentasiyası və elmi kommunikasiya strategiyasının qurulması4.Seminar və konfrans fəaliyyətlərinin koordinasiyası

Bazar analitikası və məhsul inkişafı1.Bazar ölçüsü, artım potensialı və rəqib strategiyalarının təhlili2.Yeni məhsullar üzrə bazar və elmi analizlərin aparılması3.Məhsul lansman strategiyalarının hazırlanması və performansın monitorinqi

Satış və daxili koordinasiya1.Satış komandası üçün strateji təqdimat və satış planlarının hazırlanması2.Məhsullar üzrə qiymət və rentabellik analizlərinin aparılması3.Satış, marketinq, ruhsatlandırma və istehsalçı tərəfdaşlarla koordinasiya4.Məhsul performansı üzrə hesabatların hazırlanması

Əlaqə nömrəsi: (051) 277-22-60

Vakansiyaya müraciət edin
Müraciət formu yüklənir...
Telegram