Bilgin Academy komandası böyüyür! Xaricdə təhsil sahəsində karyera qurmaq istəyən, motivasiyalı, öyrənməyə açıq və inkişaf yönümlü gəncləri komandamıza Təcrübəçi olaraq dəvət edirik.
Qeyd:
Təcrübə müddəti 2 ay davam edəcək
Bütün iş prosesi və prosedurlar ətraflı və praktiki şəkildə öyrədiləcək
Təcrübə dövründə əmək haqqı verilir
Sınaq müddətini uğurla tamamlayan şəxslər daimi işlə təmin olunacaq
Təcrübə müddətində rəsmi qeydiyyat aparılır
İş qrafiki:
Bazar ertəsi – Cümə: 10:00 dan–19:00 dək
Şənbə: 10:00 dan–16:00 dək
Müraciət qaydası:
Komandamıza qoşulmaq istəyən namizədlərdən şəkilli CV-lərini “Xaricdə Təhsil üzrə Təcrübəçi” başlığı ilə aşağıdakı elektron ünvanına göndərmələri xahiş olunur:
bilginacademy.hr@outlook.com
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
• Ali təhsil (bakalavr)
• MS Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmə bacarığı
• Yüksək ünsiyyət və təqdimat qabiliyyəti
• Məsuliyyətli, məqsədyönlü və komandada işləmə bacarığı
• Analitik düşünmə və araşdırma qabiliyyəti
• Səliqəli, intizamlı və işinə məsuliyyətlə yanaşan
• Yeniliklərə açıq və öyrənməyə həvəsli
• Azərbaycan dilində səlis nitq
• İş təcrübəsi tələb olunmur – yeni məzunlar müraciət edə bilər
• Qeyd: Yalnız xanım namizədlərə üstünlük verilir.
• Xarici universitetlərlə əlaqələrin qurulması və genişləndirilməsi
• Tələbələrin müraciət, sənədləşmə və qəbul proseslərinin idarə olunması
• Sosial media platformalarında aktiv iştirak (video çıxışlar da daxil olmaqla)
• Yeni tələbə müraciətlərinin cəlb olunması
• Zənglərin cavablandırılması və müştəri sorğularının yönləndirilməsi
• Ofis daxili gündəlik əməliyyatlarda aktiv iştirak
• Komanda ilə koordinasiyalı və sistemli işin aparılması.
Əlaqə nömrəsi: (055) 700-42-92