1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və
uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya
ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət,
üstün və orta qiymət seqmentinə aid ən yüksək keyfiyyət və prestijə sahib dünya brendləri və
geniş istehlakçı kütləsinə xitab edən markaları təmsil edir.
Sinteks Şirkətlər Qrupu “1C üzrə administrator” axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və
bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu 1C sisteminin fasiləsiz işləməsini və 1C sisteminin istifadəçilərinə texniki
dəstəyin təmin edilməsindən ibarətdir.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “1C üzrə administrator”
qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Təhsil:
İT, informasiya sistemləri və ya proqramlaşdırma üzrə ali texniki təhsil
1C sertifikatının və ya müvafiq sertifikatların olması arzuolunandır
İş təcrübəsi: 1C ERP ilə minimum 1 il iş təcrübəsi
Professional Bacarıq və Kompetensiyalar:
1C ERP ilə işləməyin əsaslarını bilmək, əsas idarəetmə və texniki dəstək bacarıqları,
İT sahəsində inkişaf etmək arzusu
Detallara diqqət, komandada işləmək bacarığı, yaxşı öyrənmə qabiliyyəti və inkişaf etmək istəyi
Professional biliklər:
1C:ERP platformasının arxitekturasını və idarəetmənin əsaslarını bilmək
Verilənlər bazası bacarıqları (MS SQL, PostgreSQL), sorğuların başa düşülməsi və
verilənlər bazası optimallaşdırılması
Məlumatların ehtiyat nüsxəsi və bərpası sistemləri ilə iş təcrübəsi.
Sistem idarəetməsi:
— 1C serverlərinin və verilənlər bazalarının dəstəklənməsi və idarə edilməsi
Sistemin işinin monitorinqi və nasazlıqların vaxtında aradan qaldırılması
1C və digər informasiya sistemləri arasında məlumat mübadiləsinin qurulması və
saxlanması
Yeniləmə idarəetməsi:
1C sistemində yeniliklərin aparılması, tətbiq olunmazdan əvvəl yeni versiyaların və
modulların sınaqdan keçirilməsi
Quraşdırma və optimallaşdırma:
Sistemin səmərəliliyini artırmaq üçün 1C-də parametrlərin həyata keçirilməsi, biznes
proseslərinin optimallaşdırılması
1C ERP sisteminin qurulmasında və konfiqurasiyasında iştirak, baş mütəxəssislərin
rəhbərliyi altında sadə dəyişikliklərin həyata keçirilməsi
1C platformasında yeni həllərin tətbiqi üzrə layihələrdə iştirak və baş mütəxəssislərin
rəhbərliyi altında digər sistemlərlə inteqrasiya
İstifadəçi dəstəyi:
İstifadəçi sorğularının işlənməsi, texniki problemlərin həllində köməklik və 1C ERP
sistemi ilə işləmək üzrə məsləhətlərin verilməsi
1C sisteminin işləməsi ilə bağlı insidentlərin və texniki problemlərin həlli
Təhlükəsizlik və məlumatların qorunması:
Giriş hüquqlarının və istifadəçilərin təyini səviyyəsində məlumat təhlükəsizliyinin
təmin edilməsi
Baş mütəxəssislərin rəhbərliyi altında məlumatların ehtiyat nüsxəsinin çıxarılması və
bərpasının həyata keçirilməsi
Layihələrin təşkili və nəzarəti:
1C sisteminin və 1C İT infrastrukturunun funksionallığı ilə bağlı layihənin idarə
edilməsi
Layihə sənədlərinin yaradılması, 1C sistemində dəyişikliklərin sənədli qeydlərinin
aparılması
Sənədləşdirmə və Təlim:
İşçilərə 1C ERP sistemi ilə işləmək üzrə əsas bacarıqların öyrədilməsi və
konsultasiyası
Sistemin idarə edilməsi və istismarı üzrə sənədlərin aparılması
Məsuliyyət sahəsi:
1C ERP
1C Retail.
Əlaqə nömrəsi: