Elan tarixi: 22.01.2026
Son tarix: 23.02.2026
Şirkət: “Aselsan Bakü” MMC
Ərazi: Bakı, Azərbaycan
Maaş: Müsahibə əsasında
Təhsil: Ali təhsili
İş rejimi: Tam iş günü (5 gün)
Müqavilə: Əmək müqaviləsi
Peşəkar bilik və bacarıqlar:
OSI və TCP/IP modelləri üzrə biliklər
IP ünvanlama və subnetting üzrə praktiki anlayış
TCP/UDP, ARP, ICMP, DNS, DHCP protokolları üzrə biliklər
Kommutator və marşrutlaşdırıcıların iş prinsipləri
VLAN, Access və Trunk portların konfiqurasiyası üzrə baza biliklər
Statik marşrutlaşdırma, NAT və VPN texnologiyaları üzrə ilkin biliklər
Şəbəkə avadanlıqları (Cisco, MikroTik, Huawei və ya analoji) ilə iş bacarığı
CLI mühitində işləmə bacarığı
Üstünlük veriləcək namizədlər:
Əlavə IT sertifikatları (CompTIA Network+, CCNP, Microsoft, AWS və s.) olanlar
Praktiki təcrübəsi olanlar (internship və ya junior mühəndis kimi)
Kibertəhlükəsizlik sahəsində biliklərə sahib olanlar
Şəxsi keyfiyyətlər:
Məsuliyyətli və intizamlı
Komandada işləmə, xidməti intizam və daxili qaydalara riayət etmə bacarığı
Sahə və ezamiyyət işlərinə hazırlıq
Öyrənməyə və peşəkar inkişafına açıq olmaq.
Azərbaycan Respublikasının vətəndaşı olmalıdır
Yaş həddi: 20–30 yaş
Hərbi xidmətlə bağlı məhdudiyyəti olmamalıdır
(hərbi xidməti keçmiş, möhləti olan və ya hərbi uçotla bağlı problemi olmayan)
Sağlamlıq vəziyyəti vəzifə öhdəliklərini yerinə yetirməyə imkan verməlidir
Ali təhsil
İnformasiya texnologiyaları
Şəbəkə texnologiyaları
Telekommunikasiya və ya əlaqəli ixtisaslar üzrə
Şəbəkə sahəsində ən azı 1 (bir) il iş təcrübəsi
Sürücülük vəsiqəsi (B kateqoriyası) və avtomobil idarəetmə bacarığı
Texniki və normativ sənədlərlə işləmə bacarığı
Dil bilikləri:
Azərbaycan dili – sərbəst
Türk və İngilis dili – texniki səviyyədə.
Şəbəkə infrastrukturunun fasiləsiz fəaliyyətinin təmin edilməsində iştirak
LAN və WAN şəbəkələrinin gündəlik texniki dəstəyi
Şəbəkə insidentlərinin aşkar edilməsi və ilkin diaqnostikası
Şəbəkə avadanlıqlarının quraşdırılması, sazlanması və istismarında iştirak
IP planların, şəbəkə sxemlərinin və texniki sənədlərin hazırlanması
Texniki hesabatların tərtib edilməsində iştirak
Çətin texniki məsələlərin yuxarı səviyyəli mütəxəssislərə ötürülməsi
İnformasiya təhlükəsizliyi üzrə daxili qaydalara riayət
Sahə obyektlərində işləməyə və ezamiyyətlərə hazırlıq
Şəbəkə təhlükəsizliyi tədbirlərinin icrasında iştirak
Konfidensial məlumatların qorunmasına məsuliyyət.
Əlaqə nömrəsi: