Texniki xidmət üzrə mütəxəssis

Vakansiya detalları

  • Şirkət Aura Məişət Texnikası MMC
  • Baxış sayı 36
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 23 - 41
  • Əlaqədar şəxsin e-maili hr@aurammc.az
  • Əmək haqqı 500 - 800 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Texniki xidmət üzrə mütəxəssis

  • Təhsil: -
  • Son müraciət tarixi: 22 fev 2026
  • Bakı, Azərbaycan

İş haqqında

Almaniyanın köklü şirkətlərindən olan Aura GMBH-ın Azərbaycan distribyutoru olan “Aura Məişət Texnikası MMC” tərəfindən rəsmi olaraq Texniki Xidmət Üzrə Mütəxəssis tələb olunur.

İş şəraiti və təkliflərimiz:
İş qrafiki: Həftədə 6 iş günü, 1 istirahət günü
Nahar: Şirkət tərəfindən təmin olunur
Əmək müqaviləsi
Əmək haqqı iş görüşməsində təyin olunacaqdır
Tərəfdaşlıq: Müsahibədən uğurla keçən namizədlərlə əməkdaşlıq qurulur
Peşəkar inkişaf: İş prosesində tam öyrədilmə və ixtisasartırma imkanı

Müraciət qaydası:
İşgüzar və hədəf yönümlü, problemləri həll etmə bacarığı olan, “Namizədə tələblər” bölümündə qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Texniki Xidmət Üzrə Mütəxəssis” qeyd edərək şəkilli CV-lərinizi “Müraciət et” düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız bəy namizədlər
Texniki sahədə orta və ya ali təhsil arzuolunandır
Texniki sahədə təcrübəsi olan namizədlərə üstünlük verilir (təcrübəsiz namizədlər üçün öyrədilmə imkanı var)
Elektrik və ya mexaniki avadanlıqlar haqqında anlayışın olması arzuolunandır
İş məqsədilə sürücülük təcrübəsi, vəsiqəsi və avtomobili olması arzuolunandır
Müştərilərlə səmimi, gülərüz və peşəkar ünsiyyət qurma bacarığı
İşinə ciddi yanaşan, dəqiq və nizamlı işləmə bacarığı
Bakı və ətraf əraziləri yaxşı tanıyan
İşgüzar və hədəf yönümlü.

Tələblər

Texniki xidmət prosedurlarının sıfırdan öyrədilməsi və tətbiqi
Mövcud müştərilərə texniki xidmətin göstərilməsi
Gündəlik yerinə yetirilən işlər barədə rəhbərliyə hesabat təqdim edilməsi
Müştəri məmnuniyyətinin təmin olunması və yaranan problemlərin həll edilməsi

Əlaqə nömrəsi: (012) 441-49-49

Vakansiyaya müraciət edin
Müraciət formu yüklənir...
Telegram