Kargüzar-kassir-operator

Vakansiya detalları

  • Şirkət Xətai-7 MMMC
  • Baxış sayı 87
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 60
  • Əlaqədar şəxsin e-maili hr@xatai7.org.az
  • Əmək haqqı 800 AZN
  • Təcrübə3 ildən 5 ilə qədər

Vakansiyanı premium et

Kargüzar-kassir-operator

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 13 fev 2026
  • Bakı, Azərbaycan

İş haqqında

Kargüzar-Kassir-Operator “XƏTAİ-7” MMMC-də nağd ödənişlərin qəbulu, ilkin maliyyə, təsərrüfat və kassa sənədlərinin tərtibi, kargüzarlıq işlərinin aparılması, mənzil mülkiyyətçiləri üzrə uçotun təşkili və gündəlik əməliyyatların operativ icrasına cavabdeh olan vəzifəli şəxsdir. O, Cəmiyyətin maliyyə intizamının, sənəd dövriyyəsinin və ödənişlər üzrə şəffaflığın təmin edilməsində əsas icraçı funksiyasını yerinə yetirir.

Xalis aylıq əmək haqqı: 800,00 AZN
İş forması: əsas iş yeri olmaqla tam ştatlı məşğulluq
İş yeri: Cəmiyyətin ofisi
İş günləri: həftədə 6 gün
İş vaxtı: gündə 8 saat

Bu vəzifə üzrə əsas məqsəd xəzinədarlıq və kargüzarlıq işinin təşkili, borclu mənzil mülkiyyətçiləri ilə sistemli məlumat mübadiləsinin aparılması, müraciətlərin operativ emalı və təhlükəsizlik sistemləri üzrə operator funksiyalarının mərkəzləşdirilmiş və nəzarətli şəkildə icrasıdır.

İxtisası: mühasibat uçotu və ya kargüzarlıq
İş stajı: minimum 3 il
Yaş həddi: 25-60
Təhsil: Ali.

Tələblər

Sahə mülkiyyətçiləri və digər şəxslərdən ödənişlər üzrə nağd vəsaitlərin qəbulunu MMMC-nin müəyyən edilmiş qaydalarına uyğun olaraq həyata keçirir
Qəbul edilən hər bir ödəniş üzrə qanunvericiliyin və MMMC-nin daxili qaydalarının tələblərinə uyğun olaraq mədaxil orderlərini və qəbzləri tərtib edir və qəbzi ödəniş edən şəxsə təqdim edir
Hər bir ödəniş üzrə məlumatların elektron uçot sisteminə, mənzil üzrə şəxsi hesab kartlarına və kassa kitabına düzgün, tam və vaxtında daxil edilməsini təmin edir
Kassa kitabını aparır, mədaxil və məxaric əməliyyatlarını uçota alır, gün sonu üzrə kassa qalığını və dövriyyəni uzlaşdırır və kassa hesabatlarını tərtib edərək Baş mühasibə təqdim edir
Kassa qalığındakı nağd vəsaitlərin gecikdirilmədən və tam məbləğdə MMMC-nin bank hesabına mədaxil edilməsini təmin edir, bu proses üzrə bank sənədlərinin formalaşdırılmasına və təqdim edilməsinə nəzarət edir
Kassadan nağd pul vəsaitlərinin məxaricini yalnız Baş mühasib tərəfindən təsdiq edilmiş, qanunvericiliyə və MMMC-nin daxili qaydalarına uyğun rəsmiləşdirilmiş məxaric orderləri və əsaslandırıcı sənədlər əsasında həyata keçirir
Kassadan həyata keçirilən bütün ödənişlərin müvafiq sənədlərlə rəsmiləşdirilməsini, uçota alınmasını və kassa kitabında düzgün əks etdirilməsini təmin edir
Nağd pul vəsaitlərinin hərəkətinin tam, şəffaf və qanunvericiliyə uyğun aparılmasına nəzarət edir.
MMMC üzrə bütün mənzil mülkiyyətçilərinə dair vahid elektron reyestrin aparılmasını və mütəmadi yenilənməsini təmin edir
Yeni mülkiyyətçilər üzrə çıxarışın, şəxsiyyət vəsiqəsinin, əlaqə məlumatlarının və digər zəruri sənədlərin toplanmasını, hüquqi və texniki baxımdan yoxlanılmasını və elektron sistemə düzgün daxil edilməsini təşkil edir
Mənzil sahiblərinin dəyişməsi və digər hüquqi dəyişikliklər barədə daxil olan məlumatları operativ şəkildə sistemdə əks etdirir, köhnə və yeni mülkiyyətçi üzrə hesablaşmaları düzgün aparır
Hər bir mənzil üzrə şəxsi hesab kartlarının formalaşdırılmasını və aparılmasını təmin edir, bütün ödənişlərin, borcların və düzəlişlərin bu kartlarda düzgün əks olunmasına nəzarət edir.
Reyestr məlumatlarının məxfi, qorunan və təhlükəsiz saxlanılmasını, icazəsiz dəyişikliklərin qarşısının alınmasını təmin edir
Mülkiyyətçi məlumatlarında uyğunsuzluq, çatışmazlıq və ya ziddiyyət aşkar edildikdə, dəqiqləşdirmə aparır və nəticələr barədə Baş mühasibə və İcraçı direktora məlumat verir
İdarə Heyəti, Təftiş Komissiyası və İcraçı direktor üçün mənzil mülkiyyətçiləri üzrə icmal cədvəllər, debitor və kreditor siyahıları və analitik məlumatlar hazırlayır və təqdim edir.

Əlaqə nömrəsi: (055) 209-70-90

Vakansiyaya müraciət edin
Müraciət formu yüklənir...
Telegram