Növbə meneceri

Vakansiya detalları

  • Şirkət Pizza Mizza
  • Baxış sayı 116
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 20 - 35
  • Əlaqədar şəxsin e-maili hr@pizzamizza.az
  • Əmək haqqı 700 - 850 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Növbə meneceri

  • Təhsil: -
  • Son müraciət tarixi: 07 fev 2026
  • Bakı, Azərbaycan

İş haqqında

Pizza Mizza-nın yaranma hekayəsi yalnız bir vizyonun təzahürü deyil, həm də orijinallıq və yüksək keyfiyyət standartlarına sadiq bir mədəniyyəti yaratmaq arzusudur. Bu markanın kökündə, Azərbaycanda pizzaya olan baxışları dəyişdirərək hər kəs üçün yenilikçi və keyfiyyətli məhsullara əlçatanlığı artırmaq istəyi yatır. Bu, sadəcə bir iş təşəbbüsü deyil, həm də məhsul və xidmətlərimizlə həqiqi bir fərq yaratmaq istəyidir.

“Pizza Mizza” MMC-yə Növbə Meneceri tələb olunur.

Növbə Rəhbəri
Pizza Mizza MMC ailəsi olaraq, restoranlarımızın gündəlik əməliyyatlarını idarə edəcək, işçi heyətinin təlim və inkişafını təmin edəcək və müştəri məmnuniyyətini artıracaq Növbə Meneceri axtarır. Bu vəzifə restoranın işini səmərəli təşkil etmək, şirkətin satış hədəflərinə çatmaq və mükəmməl müştəri xidməti göstərmək üçün vacib rol oynayır. Növbə Meneceri, həmçinin işçi heyətinin təlim və inkişafını təmin edəcək və onların səmərəli işləməsini təmin edəcəkdir.

İş şəraiti:
Gənc və dinamik komandada işləmək imkanı
Karyera inkişafı
Sürətlə inkişaf edən şirkətin komanda üzvü olmaq imkanı
6 günlük iş rejimi
Nahar şirkət tərəfindən təqdim edilir
Əmək haqqı 700-850 azn
Müxtəlif qrafiklə iş
Müxtəlif filiallarda iş

Maraqlananlar şəkilli CV-lərini “Növbə Meneceri” başlığı altında hr@pizzamizza.az elektron ünvanına göndərə bilərlər.

Fast Food və ya Restoran sahəsində (supervayzer, menecer, novbe meneceri kimi) 1 il təcrübə
Dil bilikləri: mütləq səlis azərbaycan dili, ingilis ve ya rus dili arzuolunandır
Yaş 20-35
Komandada işləmək bacarığı
Punktual, məsuliyyətli, stressə davamalı, detallara diqqətli, səlis nitqli
Güclü liderlik və idarəetmə bacarıqları
Yüksək səviyyədə ünsiyyət və interpersonal bacarıqlara malik olmalı
Analitik düşüncə və problem həll etmə qabiliyyəti olmalı
İdarəetmə və problem həll etmə bacarığı olmalı.

Tələblər

Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək
Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsinə nəzarət etmək
Restoranda sənədləşmə işlərinin aparılması, hesabat sənədlərinin tərtibi və göndərilməsini təmin etmək
Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək
Məhsulların müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını təmin etmək
Əsas vəsaitlərə və az qiymətli istehlak materiallarına nəzarət etmək
Restoranın müvafiq iş rejimi əsasında vaxtında açılmasını və bağlanmasını təmin etmək
Restoranda xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək
Sifarişlərin müştərilərə göndərilməsinin və hazırlanmasının düzgünlüyünə nəzarət etmək
Restoranın satış planının icrasını təmin etmək
Müştəri məmnuniyyəti üçün çalışmaq
Sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək
SOP və daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək
Lazım gəldikdə, müxtəlif vəzifələrdə komanda üzvlərinə kömək etmək
Restoranın təmizliyinə və səliqəli saxlanılmasına cavabdeh olmaq
Filialın texniki və təmirat ehtiyaclarını idarə etmək
Texniki xidmət və təmir işlərinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsini təmin etmək
İşçi heyətinin təlim və inkişafını təmin etmək.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram