Hüquqşünas köməkçisi

Vakansiya detalları

  • Şirkət SMALL MEDIUM ENTERPRISES MMC
  • Baxış sayı 497
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 22 - 30
  • Əmək haqqı 500 - 700 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Hüquqşünas köməkçisi

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 15 mar 2024
  • Bakı, Azərbaycan

İş haqqında

- Avropa Yenidənqurma və İnkişaf Bankının “Azərbaycanda kiçik Bizneslər üçün məsləhət proqramı”-nın akkreditasiyasını almış «Small Medium Enterprises» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatında, marketinq və bazar araşdırılması aparılmasında, iqtisadı-hüquqi, sahibkarlara və sahibkar qurumlarına məsləhət (konsaltinq) xidməti göstərir
SME şirkətinə "Hüquqşünas köməkçisi” vakansiyası tələb olunur
- Bütün növ müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək
- Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək
- İstənilən təşkilati-hüquqi formada hüquqi şəxslərin yaradılması
- Xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması
- Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında filial və nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması
- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsiğı
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət edilməsi
- Əmək haqqı: 500-700 AZN, əmək haqqı artandır- İş qrafiki : Tam iş günü (5 gün)- Karyera yüksəlişi imkanı
- Ünvan: Afyəddin Cəlilov 26

Tələblər

- Təhsili/ixtisası: Hüquq üzrə ali təhsil
- Dil bilikləri: azərbaycan dili səlis, ingilis və rus dili - əla
- Kompüter bilikləri: MS Office (Excel, Word) proqramlarından sərbəst istifadə edə bilmə bacarığı
- Fərdi keyfiyyət tələbləri: yeni bilik və bacarıqlara yiyələnməyə həvəsli və axtarış aparmaq qabiliyyətinə malik olmalı
- Müvafiq sahə üzrə yüksək motivasiya ilə yanaşma
- Detallara qarşı diqqətli və operativ
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi  
elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın “hüquqşünas köməkçisi” adını qeyd etməyiniz xahiş olunur Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram