İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Sınaq müddəti- 3 ay
5 günlük iş rejimi
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Korporativ Hüquqşünas”
qeyd edərək hr@burgerking.az e-ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Hüquq sahəsində ali təhsil
Azərbaycan və ingilis dillərini mükəmməl bilmək, rus dili – üstünlükdür
Korporativ hüquq sahəsində 2 ildən az olmayaraq iş təcrübəsi
AR Mülki, Mülki-prosessual, Əmək, Cinayət,Vergi Məcəllələrin,Gömrük Qanunvericiliyi üzrə peşəkar bilikləri, AR inzibati və inzibati prosessual qanunvericiliyi və normativ-hüquqi aktlarını bilməsi
Microsoft Office proqramları üzrə mükəmməl biliklər
Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək yüksək bacarığı
Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Şirkətin həyata keçirdiyi kommersiya layihələrinin hüquqi aspektlərini tənzimləmək. Şirkət üçün ən əlverişli şərtlərin müəyyənləşdirilməsini təmin etmək
Şirkətin fəaliyyətinin qanunvericiliyə uyğunluğuna nəzarət etmək və onun maraqlarını qorumaq
Şirkətdəki müqavilə, maliyyə və əmək intizamının gücləndirilməsi, eləcə də mülkiyyətin qorunması məqsədilə nəzərdə tutulan tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak
Xarici dilli müqavilələrin hüquqi ekspertizası
AR mülki, mülki-prosessual, əmək, inzibati, vergi, mülki-hüquqi,gömrük əqdlərinin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi
Müəssisənin tərkibinə daxil olan bütün təsərrüfat subyektlərinin qanuni mənafelərinin qorunmasını təmin etmək
Şirkət müqavilələrinin, əmrlərin, sərəncamların tərtib edilməsi, iddia və tələblər üzrə işlərin təşkili;
Hüquqi təhlil və ekspertiza işini təşkil etmək və həyata keçirmək
Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik
Şirkətin hüquqlarının və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək
Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi
Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi.
Əlaqə nömrəsi: