Satış təmsilçisi (mebel salonu üzrə)

Vakansiya detalları

  • Şirkət Mebline Azerbaijan MMC
  • Baxış sayı 51
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 20 - 35
  • Əlaqədar şəxsin e-maili office@mebline.az
  • Əmək haqqı 500 - 1500 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Satış təmsilçisi (mebel salonu üzrə)

  • Təhsil: -
  • Son müraciət tarixi: 02 yan 2026
  • Bakı, Azərbaycan

İş haqqında

20-35 yaş arasında xanım namizədlər müraciət edə bilər
Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı. İngilis dili biliyi arzuolunandır
Satış sahəsində ən azı 1 il iş təcrübəsi (mebel sahəsi arzuolunandır)
Yüksək ünsiyyət bacarıqları və müştəri yönümlü yanaşma
Şifahi və yazılı formada effektiv ünsiyyət qurma qabiliyyəti
MS Office proqramlarında sərbəst işləmə bacarığı
Görünüşünə diqqət yetirən və təqdimat qabiliyyəti olan namizədlərə üstünlük verilir.

Tələblər

Mebel salonuna gələn müştəriləri qarşılayıb, onlara yüksək keyfiyyətli xidmət göstərmək
Müştərilərin ehtiyaclarını müəyyən edərək, onlara uyğun mebel və xidmət təklifləri təqdim etmək, məhsullar barədə ətraflı və düzgün məlumat vermək
Salonun ümumi vəziyyətinə, təmizliyinə və təşkilatına nəzarət edərək, müştərilərin rahat alış-veriş etməsi üçün optimal şərait yaratmaq
Müştərinin tələbləri və məkan ölçülərinə əsaslanaraq ən uyğun məhsulları təklif etmək və müştəriyə seçim zamanı dəstək olmaq
Müştərinin məhsul təslimatına qədər bütün prosesləri izləyərək, xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək
Şirkətin satış siyasətinə uyğun fəaliyyət göstərərək satış hədəflərinə çatmaq
Kampaniya və xüsusi təkliflər barədə müştəriləri məlumatlandırmaq, mövcud müştərilərlə əlaqələri gücləndirmək
Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək
Kollektivdə əməkdaşlıq edərkən hörmət və məsuliyyət prinsiplərinə riayət etmək
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə
İş rejimi: Tam iş günü (6 gün həftədə) 10:00 dan -19:00 dək
Əmək haqqı: Namizədin təcrübəsinə uyğun olaraq müsahibə əsasında razılaşdırılacaq

Qeyd: Namizədlərdən şəkilli CV-lərini "Satış Təmsilçisi" başlığı ilə office@mebline.az
elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciətlər yalnız e-mail vasitəsilə qəbul edilir. Əlaqə üçün: qeyd olunan nömrə.

Əlaqə nömrəsi: (012) 526-54-23

Vakansiyaya müraciət edin
Müraciət formu yüklənir...
Telegram