Ali təhsil
Satış sahəsində üzrə ən azı 5 il, ixrac sahəsində 3 il iş təcrübəsi
Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışma, yazışma və başa düşmə;
Aalitik bacarıqlar;
Ünsiyyətqurma bacarığı,
Komandada işləmə bacarığı;
Problemləri həll etmə bacarığı,
Ms Office proqramında işləyə bilmək bacarığı.
İşəgötürən:
Qida məhsulları istehsal və ixrac edən Holdinq
Əməyin ödənişi:
Razılaşma yolu ilə
Ünvan: AZ1069, Azərbaycan Respublikası, Bakı, 1-ci Cıdır döngəsi, ev 9
Diqqət: Xahiş olunur ki, meyarlara cavab verməyən iddiaçılar müraciət etməsinlər. Meyarlara uyğun olmayan iddiaçıların CV-lərinə baxılmayacaq və geri dönüş edilməyəcəkdir.
Əsas vəzifələri
Holdinq üzrə məhsulların ixrac strategiyasını, ixrac əməliyyatları ilə əlaqədar qaydaları, normaları və onlara əlavə və dəyişiklərin layihələrinin hazırlanması;
Mütəmadi olaraq, hədəf ixrac bazarlarında araşdırmalar aparılması və bazarın tələbatına uyğun yeni məhsulların yaradılması, mövcud məhsulların təkmilləşdirilməsi, satış kanalları və formaları barədə təkliflər hazırlanması;
Hədəf bazarlarında törəmə müəssisələrin markalarının marketinqinin aparılması və bu markaların inkişafı üçün tədbirlər görülməsi;
İxrac bazarlarında özəl marka (PL) istehsalı və birgə əməkdaşlıq üçün partnyorlar tapılması və onlarla əlaqələrin idarə edilməsi;
Törəmə müəssisələrin illik ixrac planlarının hazırlanması və onların icrasının təşkil edilməsi;
İxrac müştərilərinin tapılması, onlarla danışıqlar aparılması, müqavilə şərtlərinin razılaşdırılması və imzalandıqdan sonra icrasının müşayiət olunması;
İxracla əlaqədar Holdinqin rəhbərinə hesabatlar təqdim olunması;
Törəmə müəssisələrin komandası ilə ixrac məsələləri və ixrac müştərilərinin sifarişlərinin icrası ilə əlaqədar gündəlik əsasda əlaqələrin idarə edilməsi;
İxrac üzrə Holdinqin diversifikasiya olunmuş strateji və loyal müştəri portfelini formalaşdırılması, müştəri xidmətləri işini təşkil edilməsi;
Müştəri sifarişlərinin vaxtında və keyfiyyətli icrasına nəzarət edilməsi;
Törəmə müəssisələrin məhsullarının beynəlxalq sərgilərdə təmsil olunmasının təşkil edilməsi;
Holdinqin ditrektorunun ixrac üzrə ona həvalə etdiyi digər vəzifələri icrası və layihələrin idarə edilməsi.
Əlaqə nömrəsi: