Marketinq akkaunt menecer

Vakansiya detalları

  • Şirkət SSI Retail MMC
  • Baxış sayı 36
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 22 - 0
  • Əlaqədar şəxsin e-maili recruitment@ssi.az
  • Əmək haqqı Əmək haqqı razılaşma ilədir
  • Təcrübə5 ildən artıq

Vakansiyanı premium et

Marketinq akkaunt menecer

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 31 dek 2025
  • Bakı, Azərbaycan

İş haqqında

- — Professional biliklər
- — Güclü layihə idarəetməsi və təşkilati bacarıqlar
- — Əla kommunikasiya və insanlarla münasibət bacarıqları
- — Peşəkar marketinq, kampaniya və büdcə planlaşdırma qabiliyyəti
- — Rəqəmsal marketinq, məzmun yaradılması və ya data analitikası alətləri üzrə bacarıq
- — Yaradıcı düşüncə və problem həll etmə bacarığı
- — Sürətli və dinamik mühitdə işləmək və çoxsaylı prioritetləri idarə etmək bacarığı

Təhsil
- — Marketinq, Brend İdarəetməsi, Dizayn, Kommunikasiya və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi, və ya Beynəlxalq marketinq, rəqəmsal marketinq, brend menecmenti və ya data analitikası üzrə sertifikatlar (məsələn, CIM, PCM, CDMP və ya ekvivalent), və ya
- — Ekvivalent iş təcrübəsi

İş təcrübəsi
- — Marketinq sahəsində minimum 5 il iş təcrübəsi, xüsusən kampaniya idarəçiliyi, rəqəmsal marketinq və ya akkaunt menecmenti üzrə təcrübə üstünlükdür
- — Moda və ya yaradıcı sahədə təcrübə üstünlükdür
- — Uğurlu marketinq kampaniyalarının idarə olunması və funksiyalararası komandalarla əməkdaşlıq üzrə sübut olunmuş nəticələr

Tələblər

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir Sinteks 100-dən çox dəb zərgərlik parfumeriya və kosmetika ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir Şirkət üstün və orta qiymət seqmentinə aid ən yüksək keyfiyyət və prestijə sahib dünya brendləri və geniş istehlakçı kütləsinə xitab edən markaları təmsil edir.

Sinteks Şirkətlər Qrupu Akkaunt Marketinq Menecer axtarır.
Namizədlərin nəzərinə Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu
- — Marketinq Akkaunt Meneceri ona təhkim olunmuş brendlərin marketinq planlarının icrasına tam cavabdehdir
- — Bütün fəaliyyətlərin brend təlimatlarına, marketinq KPI-larına və biznes məqsədlərinə uyğunluğunu təmin edir
- — Birbaşa menecerin nəzarəti altında Marketinq Fəaliyyət Planları, Media Planları və kampaniya planları hazırlayır
- — Hədəf auditoriyalara kompleks 360° kampaniyalar vasitəsilə çatır
- — Aşağıdakı marketinq fəaliyyətlərini idarə edir və əməkdaşlıqla həyata keçirir:
- - birbaşa mesajlaşma (DM)
- - rəqəmsal və ənənəvi reklam
- - PR
- - tədbirlər və aktivasiyalar
- - influencerlər və təşkilatlarla əməkdaşlıq
- — Brendlərlə təşkilat arasında əsas əlaqələndirici şəxs kimi çıxış edir
- — Media satınalmasını koordinasiya edir

Vəzifə öhdəlikləri

1. Marketinq Planlaşdırması və İcrası
- — Təhkim olunmuş brendlər üzrə ətraflı marketinq fəaliyyət və media planları hazırlamaq
- — Rəqəmsal, sosial media, e-mail, çap, açıq hava reklamı və tədbirlər daxil olmaqla müxtəlif kanallar üzrə inteqrasiya olunmuş marketinq kampaniyaları planlaşdırmaq və həyata keçirmək
- — Media satınalma prosesini idarə etmək, brend təlimatlarına uyğun olaraq marketinq materiallarının hazırlanması və çatdırılmasını nəzarətdə saxlamaq 2. Kampaniyaların İdarə Edilməsi
- — Kampaniyaların həyata keçirilməsini idarə etmək, daxili komandalar və xarici tərəfdaşlarla koordinasiyanı təmin etmək
- — Kampaniyanın effektivliyini təhlil və monitorinq etmək, zərurət olduqda dəyişikliklər etmək
- — Kampaniya büdcəsini idarə etmək, resurslardan səmərəli istifadəni təmin etmək və ROI-nin (investisiya gəlirliliyinin) müsbət olmasına nail olmaq 3. Müştəri İştirakı və Əməkdaşlıq
- — Brend/tərəfdaşlar, daxili komandalar, müştərilər və təchizatçılar da daxil olmaqla əsas maraqlı tərəflərlə güclü münasibətlər qurmaq və saxlamaq
- — Müştəri məmnuniyyətini, sədaqətini və əlaqəsini artırmaq məqsədilə tədbirlər, aktivasiyalar və kampaniyalar təşkil etmək
- — Marketinq materialları və məzmunun yaradılması, hazırlanması və idarə olunmasını həyata keçirmək

Qeyd: Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Akkaunt Marketinq Menecer” qeyd edərək recruitment@ssi.az elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi:

Vakansiyaya müraciət edin
Müraciət formu yüklənir...
Telegram