Kassir

Vakansiya detalları

  • Şirkət Baku Elektrik MMC
  • Baxış sayı 42
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 35
  • Əlaqədar şəxsin e-maili hr@elektro-mall.az
  • Əmək haqqı Əmək haqqı razılaşma ilədir
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Kassir

  • Təhsil: -
  • Son müraciət tarixi: 28 dek 2025
  • Bakı, Azərbaycan

İş haqqında

- Kassa əməliyyatlarının aparılması
- Müştərilərdən nağd və ya nağdsız (POS-terminal, bank köçürməsi, QR, onlayn ödənişlər və s.) ödənişlərin qəbulu və düzgün sənədləşdirilməsi
- Gündəlik əməliyyatların elektron kassa proqramında qeydiyyatı (e-kassa, 1C, Mikro, və s.)
- Kassa daxilolmaları və məxaric sənədlərinin tam və düzgün doldurulması
İstifadə edilən pul vəsaitlərinin sayılması, düzgünlüyünün yoxlanılması və hesabatlarda əks etdirilməsi
- Çeklərin, qəbzlərin və hesabat sənədlərinin düzgün verilməsi və saxlanması
- Kassa sənədlərinin və gündəlik hesabatların aparılması
- Hər günün sonunda kassa hesabatlarının hazırlanması və mühasibatlığa təqdim olunması
- Kassa qalığı və real pul vəsaiti arasında fərqlərin olmamasına nəzarət
- Ödəniş terminallarının hesabatlarını çıxartmaq və sistemlərlə uzlaşdırmaq
- Kassa əməliyyatları üzrə daxili audit və yoxlamalara hazır olmaq və tələb olunan sənədləri təqdim etmək
- Məsuliyyət daşıdığı kassanın gündəlik pul balansının düzgün aparılması
- Müştəri xidməti və etik davranış
- Müştərilərlə nəzakətli, səbirli və diqqətli ünsiyyət qurmaq
- Mübahisəli hallarda sakit və peşəkar davranaraq vəziyyəti düzgün idarə etmək
- Müştəri ödənişi ilə bağlı yaranan hər hansı texniki problemi dərhal aidiyyəti şöbəyə yönləndirmək
- Etik qaydalara və müəssisənin daxili prosedurlarına riayət etmək
- Təhlükəsizlik və nəzarət funksiyaları
- Kassaya daxil olan pul vəsaitlərinin fiziki təhlükəsizliyini təmin etmək
- Saxta əskinasların tanınması üzrə ilkin biliklərə sahib olmaq və şübhəli halları rəhbərliyə bildirmək
- POS-terminal, kassa aparatı, kompüter və printerlərin texniki vəziyyətinə nəzarət
- Hər hansı nasazlıq zamanı texniki heyətə vaxtında məlumat vermək.

Tələblər

- Xanım namizəd
- Son dərəcə dürüst, etibarlı, və dəqiq olmaq
- Maliyyə intizamına və etik prinsiplərə ciddi əməl etmək
- Sürətli düşünmə və stress altında soyuqqanlı qərar vermə bacarığı
- Təzyiq altında emosional stabilliyini qorumaq
- Komandada işləmək və departamentlərarası əlaqəni düzgün qurmaq bacarığı
- Texniki avadanlıqlarla (POS-terminal, bank cihazları, printer və s.) işləmək təcrübəsi
- 1C, MS Excel kimi proqramlarda işləmək bacarığı (arzuolunandır).

Əlaqə nömrəsi: (010) 236-61-89

Vakansiyaya müraciət edin
Müraciət formu yüklənir...
Telegram