Farmakonəzarət üzrə menecer

Vakansiya detalları

  • Şirkət Makromed
  • Baxış sayı 30
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 22 - 40
  • Əlaqədar şəxsin e-maili job@makromedicine.com
  • Əmək haqqı 1000 - 1500 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Farmakonəzarət üzrə menecer

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 28 dek 2025
  • Bakı, Azərbaycan

İş haqqında

Təhsil və təcrübə:
- Ali tibb və ya əczaçılıq təhsili
- Farmakonəzarət, tənzimləyici qurumlarla iş və ya digər əczaçılıq sahəsində minimum 1 il iş təcrübəsi
- Dil bilikləri Azərbaycan və ingilis dillərində peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı. Digər dil bilikləri üstünlük hesab edilir.
- Kompüter bilikləri MS Office (Word, Excel, PowerPoint)

Fərdi keyfiyyətlər:
- Yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti
- Məsuliyyət, dəqiqlik və detallara həssas yanaşma
- Vaxtın idarə edilməsi və çoxsaylı tapşırıqlarla işləmək bacarığı
- Effektiv kommunikasiya və əməkdaşlıq
- Komandada və müstəqil şəkildə işləmək qabiliyyəti
- Konfidensial məlumatlarla işləmək mədəniyyəti
- Sürətli və dəyişən iş mühitinə uyğunlaşma.

Tələblər

- Müştərilər və tənzimləyici qurumlarla əlaqə
- Farmakonəzarətə dair keyfiyyət sisteminin qurulması, prosedurların və iş təlimatlarının hazırlanması
- Təhlükəsizlik siqnallarının təyini məqsədi ilə ədəbiyyat monitorinqinin aparılması və hesabatların hazırlanması
- Əlavə təsirlərə dair məlumatlarının toplanması, qiymətləndirilməsi və hesabatların hazırlanması
- Dövri olaraq yenilənən təhlükəsizlik hesabatları və risk idarətmə planları və digər təhlükəsizlik sənədlərinin hazırlanması
- Farmakonəzarətə dair müqavilələrin hazırlanması, daxili və xarici farmakonəzarət auditlərində iştirak
- Farmakonəzarətə dair təlimlərinin təşkili və keçirilməsi
- Daxili farmakonəzarət məlumat bazasına məlumatların əlavə edilməsi və yenilənməsi

Şərtlər:
- İş yeri: Bakı şəhəri, Nəsimi metrosundan 30 metr məsafədə (Makromed ofisi)
- İş qrafiki: Həftə içi 5 gün, 09:00 dan–18:00 dək
- Əmək haqqı: Namizədin bacarığına, təcrübəsinə və iş biliklərinə uyğun olaraq fərdi qaydada müəyyən ediləcək
- Digər şərtlər: Müsahibə zamanı əlavə məlumatlar veriləcək

Biz nə təklif edirik?
- Beynəlxalq layihələrdə iştirak və real qlobal təcrübə
- Daim inkişaf edən farmakonəzarət mühitində peşəkar yüksəliş
- PV sahəsində dərin bilik və ekspert səviyyəsinə gedən yol
- Güclü korporativ mədəniyyət və dəstəkçi komanda
- Stabillik, dinamika və yüksək peşəkarlıq atmosferi.

Əlaqə nömrəsi: (077) 727-60-06, (012) 568-30-03

Vakansiyaya müraciət edin
Müraciət formu yüklənir...
Telegram