- Ofis və inzibati binalarda təmizlik, təhlükəsizlik, texniki vəziyyət və ümumi səliqə ilə bağlı gündəlik nəzarəti təmin etmək
- Ofis avadanlıqlarının (printer, kondisioner, kamera, işıqlandırma sistemi və s.) fasiləsiz və düzgün işləməsinə nəzarət etmək, nasazlıq yarandığı halda texniki şöbəni dərhal məlumatlandırmaq
- Şirkətin balansında olan avtomobillərin texniki baxışına, yanacaq sərfiyyatına, təmirinə və təmizliyinə nəzarət etmək, hər bir istifadə ilə bağlı dəqiq qeydiyyat aparmaq
- Əməkdaşların xidməti avtomobil sifarişlərini qəbul edib qeydə almaq, təsdiqlənmiş sifarişlərin vaxtında və düzgün icrasını təmin etmək
- Qonaq qəbul otaqları, iclas zalları və ümumi istifadə sahələrinin səliqə və təmizliyinə gündəlik nəzarət etmək
- Binanın sanitar-texniki vəziyyətini (elektrik, su təchizatı, isitmə-soyutma sistemi, yanğın təhlükəsizliyi) mütəmadi olaraq yoxlamaq və aşkar olunan nasazlıqlarla bağlı operativ tədbirlər görülməsini təmin etmək
- Təchizat, təmir və texniki xidmətlə bağlı müqavilə tərəfləri ilə mütəmadi əlaqədə olmaq və görülən işlərin keyfiyyətinə nəzarət etmək
- Ofisə daxil olan və çıxan malların, inventarların və təchizatın qeydiyyatını aparmaq, həmçinin inzibati şöbəyə aylıq hesabat təqdim etmək
- Təhlükəsizlik, yanğın və mülki müdafiə qaydalarına əməl olunmasına nəzarət etmək
- Ofis Xətai rayonunda yerləşir
- İş qrafiki: Həftəiçi 5 gün, 08:00 dan-19:00 dək Müraciət üçün: CV-ni mail ünvanına “Ofis nəzarətçisi” başlığı ilə göndərə bilərsiniz.
- Minimum 1 il iş təcrübəsi üstünlükdür
- Səliqəli və məsuliyyətli iş yanaşması
- Diqqətli, nəzakətli və operativ davranış
- Ünsiyyət bacarıqlarının yüksək olması
- Müşahidə və təhlil etmək qabiliyyətləri
- Hadisələr haqqında tam hesabat vermək bacarığı.
Əlaqə nömrəsi: (012) 210-01-75