Istehsalat müdiri(şirniyyat mağazasi şəbəkəsi üzrə)

Vakansiya detalları

  • Şirkət Agriculture Management and Investment Company
  • Baxış sayı 479
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 32 - 55
  • Əmək haqqı 1500 - 1700 AZN
  • Təcrübə3 ildən 5 ilə qədər

Vakansiyanı premium et

Istehsalat müdiri(şirniyyat mağazasi şəbəkəsi üzrə)

  • Təhsil: -
  • Son müraciət tarixi: 13 mar 2024
  • Bakı, Azərbaycan

İş haqqında

- Şirniyyat istehsalı proseslərinin planlaşdırılması və idarə edilməsi
- İstehsal planının yerinə yetirilməsinin həyata keçirilməsi
- İstehsal səmərəliliyini artırmaq üçün yeniliklərin tətbiq edilməsi
- İstehsal xəttinin vaxtında və standartlara uyğun işləməsinin təmin edilməsi
- İstehsal edilən məhsulların keyfiyyətinə cari və son nəzrətin edilməsi
- İstehsalatda istifadə olunan bütün avadanlıqların düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik texniki qulluq planlamasının həyata keçirilməsinin təmin edilməsi
- Xammal sifarişlərinin idarə edilməsi və təchizatçılarla əlaqələr
- Xammal stok ehtiyatının nəzarətdə saxlanması (aidiyyatı şöbələrlə birlikdə)
- Sifarişlərin vaxtında və düzgün yerinə yetirilməsinin təmin edilməsi
- İşçi heyətinə rəhbərlik edilməsi və onların peşəkar inkişafının dəstəklənməsi
- Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi
- Təhlükəsizlik qanunlarına və şəxsi gigiyena qaydalarına riayət edilməsinin nəzarət edilməsi
- Müvafiq müddət aralığına aid (həftəlik, aylıq və s.) planlaşdırılmış və reallaşdırılmış istehsal hesabatlarının hazırlanması
- İş rejimi: 09.00-dan - 18.00-dək
- Həftənin 6 iş günü

Tələblər

- İstehsal idarəetməsində yüksək səviyyədə bilik və bacarıq
- Əməkdaşların idarə edilməsi üzrə təcrübə
- Problemlərin həlli və qərar vericilik qabiliyyəti
- Qida təhlükəsizliyi və gigiyenası ilə bağlı biliklər
- Komanda əməyi və müştəri məmnuniyyətinə yönəlmiş iş yanaşması
- Müstəqil işləmə qabiliyyəti
- Komanda daxilində güclü əməkdaşlıq və rəhbərlik bacarıqları

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram