Tibbi nümayəndə

Vakansiya detalları

  • Şirkət Grand Medical
  • Baxış sayı 68
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 45
  • Əmək haqqı 400 - 1000 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Tibbi nümayəndə

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 14 dek 2025
  • Bakı, Azərbaycan

İş haqqında

“GRAND MEDİCAL”MMC şirkəti «Tibbi nümayəndə» vakansiyası üzrə BAKI şəhəri və REQİONLARDA işçi qəbulunu elan edir - Yaşadığı şəhər və ya rayondan ətraf - yaxın rayonlara ezamiyyət məhdudiyyəti olmayan şəxslər tələb olunur!
- Təyin olunmuş ərazi üzrə Həkimlərlə,Tibbi müəssisələrlə və Apteklərlə görüşlər keçirmək
- Şirkətə məxsus olan məhsulların təqdimatını, tanıtımını və satışını həyata keçirmək
- Satış nöqtələrini müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarət edərək nəzarətdə saxlamaq
- Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək
- Təqdim edilən məhsullara olan tələbatın öyrənilməsi
- Məhsul haqqında müştəriyə düzgün informasiyanı ötürmək
- Bazar araşdırması etmək və satış kanallarını artırmaq
- Şirkətin mütamadi təşkil etdiyi təlim-treninqlərinə qatılmaq
- Görülmüş işlər haqqında gündəlik və aylıq hesabatlar hazırlamaq
- İş günləri: I-Vgün (Reqionlarda iş rejimi 6 günlükdür)
- İş saatları: 09:00 dan-18:00 dək
- Əmək haqqı: 450-1000 AZN fix (satışdan asılı olaraq) + bonuslar Maraqlanan namizədlərdən mövzu hissəsində Vakansiyanın adını qeyd etməklə öz CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: qeyd olunan
Xahiş olunur yalnız bu sahədə təcrübəsi olan uyğun namizədlər əlaqə saxlasınlar.

Tələblər

- 25-45 yaş arası xanımlar və bəylər
- Ali Təhsilli olması vacibdir
- Azərbaycan dilini yüksək səviyyədə, Rus və ya İngilis dili bilikləri üstünlükdür
- Kompüter və MS Office (xüsusilə Excel) proqram bilikləri
- Tibbi Nümayəndə vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi mütləqdir
- Səlis və aydın nitq, ünsiyyət qabliyyəti yüksək, sistemli təqdimat və inandırma qabiliyyətləri bacarığı
- Komandada işləmək bacarığı
- Dürüst, səbirli, məqsədyönlü və məsuliyyətli
- Ünsiyyət yaratmağı bacaran
- Ezamiyyət məhdudiyyəti olmayan səyahətə hazır olan.

Əlaqə nömrəsi: (050) 660-81-81

Vakansiyaya müraciət edin
Müraciət formu yüklənir...
Telegram