Texniki ofis mühəndisi

Vakansiya detalları

  • Şirkət AHK
  • Baxış sayı 399
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 50
  • Əmək haqqı 2000 AZN
  • Təcrübə5 ildən artıq

Vakansiyanı premium et

Texniki ofis mühəndisi

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 23 noy 2025
  • Bakı, Azərbaycan

İş haqqında

Vəzifə öhdəlikləri:
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərini tərtib etmək
- Layihədəki tikinti işlərinin smeta dəyərini hazırlamaq
- Texniki sənədlərin hazırlanması və aidiyyəti qurumlarla koordinasiyanın təmin edilməsi
- Yerinə yetirilmiş işlərin smeta və layihəyə uyğun yerinə yetirilməsinin yoxlanılması
- Təsdiq olunmuş qiymətlər cədvəlinə uyğun olaraq Forma 2 və Forma 3-ün tərtib olunması
- Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək
- Layihə üzrə görulən işlərin iş planının hazırlanması,layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatların tərtib edilməsi
- Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək
- Görülmüş işlərin təhvil-təslim aktlarının tərtib olunması
- Smetaların bazar qiymətləri ilə hesablanması;
- Sahələrdən gələn texniki hesabatların yoxlanması
- Əmək haqqı: 2000 AZN (NET) +Nahar ödənişi
- İş qrafiki: 6 günlük, 09.00 dan-18.00 dək
- Ünvan: Ofis Xətai metrosunun yanında yerləşir Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “Texniki Ofis Mühəndisi” adını qeyd edərək ünvanına CV-ni göndərməkləri xahiş olunur.

Tələblər

- Ali təhsil (İnşaat üzrə)
- Tikinti sahəsində ümumi olaraq -5 ildən yuxarı iş təcrübəsi
- İnnovativ standartlara uyğun işləməyi bacarmalı
- Tikinti sahəsi üzrə normativ sənədlər və texnologiyalar üzrə müvafiq biliklərə malik olmaq
- MS Office (Word, Excel), AutoCad proqramlarını yüksək səviyyədə bilməli;
- Yüksək səviyyədə analitik-riyazi biliklər
- İnşaat norma və qaydalarını bilməlidir.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram