Domestic və incoming turizm mütəxəssisi

Vakansiya detalları

  • Şirkət FM TOUR
  • Baxış sayı 180
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 0 - 0
  • Əmək haqqı 800 - 2000 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Domestic və incoming turizm mütəxəssisi

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 21 noy 2025
  • Bakı, Azərbaycan

İş haqqında

Səyahəti sevən, ünsiyyətcil və turizm sahəsində özünü inkişaf etdirmək istəyən birisənsə — səni komandamızda görmək istəyirik!
Biz həm yerli turların satışını həyata keçirəcək, həm də incoming (xarici turistlərlə işləyən) şöbəsinə dəstək olacaq aktiv və məsuliyyətli turizm mütəxəssisi axtarırıq Vəzifə öhdəlikləri:
- Azərbaycan daxilindəki tur paketlərinin və otellərin satışını həyata keçirmək
Müştərilərə daxili istirahət və səyahət istiqamətləri barədə dəqiq və maraqlı məlumatlar təqdim etmək
- Gələn turistlər üçün incoming şöbəsinə tur proqramlarının hazırlanmasında və xidmətlərin koordinasiyasında dəstək vermək
- Otellər, turlar, nəqliyyat və bələdçi xidmətləri üzrə tərəfdaşlarla əlaqə saxlamaq
- Müştəri məmnuniyyətini təmin etmək və satış sonrası əlaqəni qorumaq
- Turlar və otel satışları üzrə hesabatların və rezervasiyaların idarə olunması Əmək haqqı və bonuslar:
- Əmək haqqı: 800 – 2000 AZN (təcrübə və bacarıqlara görə dəyişir)
- Bonuslar: Satış hədəflərinin yerinə yetirilməsinə görə əlavə mükafatlar İş qrafiki:
- Bazar ertəsi – Cümə: 10:00 dan – 18:00 dək
- Şənbə: 10:00 dan – 16:00 dək Bizimlə həm yerli, həm də xarici turistlər üçün unudulmaz səyahətlər yarat!
CV-ni e-poçt vasitəsilə göndər və mövzu hissəsində “Domestic və Incoming turizm mütəxəssisi” başlığını qeyd et.

Tələblər

- Turizm sahəsində minimum 1 il iş təcrübəsi (Domestic və ya Incoming istiqamətində)
- Azərbaycanın turizm bölgələrini, otellərini və istirahət məkanlarını yaxşı tanıyan
- Ünsiyyət bacarığı güclü, inandırma qabiliyyəti və satış bacarığı olan
- Diqqətli, məsuliyyətli, operativ və müştəri yönümlü
- Azərbaycan dilində sərbəst, rus və ya ingilis dili biliyi üstünlük sayılır
- Ofis proqramları və turizm sistemləri ilə işləmə bacarığı.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram