Xarici turlar üzrə satiş mütəxəssisi (outgoing)

Vakansiya detalları

  • Şirkət FM TOUR
  • Baxış sayı 123
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 0 - 0
  • Əmək haqqı Əmək haqqı razılaşma ilədir
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Xarici turlar üzrə satiş mütəxəssisi (outgoing)

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 21 noy 2025
  • Bakı, Azərbaycan

İş haqqında

Səyahəti sevən, insanlarla ünsiyyətdə aktiv və satış bacarığına güvənən biri sənsə — komandamıza qoşul!
Biz xarici turlar sahəsində dinamik, məsuliyyətli və yaradıcı Outgoing mütəxəssisi axtarırıq. Vəzifə öhdəlikləri:
- Müştərilərdən gələn sorğuların vaxtında, nəzakətli və peşəkar formada cavablandırılması
- Müştərilərə xarici turlar, istiqamətlər, otellər və proqramlar barədə dəqiq və aktual məlumatların təqdim edilməsi
- Müştərinin tələbinə uyğun tur paketlərinin hazırlanması, təkliflərin hazırlanması və satışın həyata keçirilməsi
- Təchizatçılar, xarici tərəfdaşlar və tur operatorları ilə əlaqələrin qurulması və idarə olunması
- Müştərilərin səyahət öncəsi və sonrası dəstək xidmətinin təmin olunması
- Satış planlarının yerinə yetirilməsi və müştəri məmnuniyyətinin qorunması İş qrafiki:
- Bazar ertəsi – Cümə: 10:00 dan – 18:00 dək
- Şənbə: 10:00 dan – 16:00 dək Səyahət sevən komandaya sən də qoşul!
CV-ni e-poçt vasitəsilə göndər və mövzu hissəsində “Outgoing mütəxəssisi” yazmağı unutma.

Tələblər

- Turizm və outgoing satış sahəsində minimum 1 il təcrübə
- Müxtəlif istiqamətlər (Türkiyə, Avropa, Asiya və s.) və tur paketləri haqqında bilik
- Ünsiyyət, təqdimat və inandırma bacarığı yüksək səviyyədə
- Aktiv, məsuliyyətli, detallara diqqətli və nəticəyə yönəlmiş
- Səlis Azərbaycan dili, rus və ya ingilis dili biliyi üstünlükdür
- Komandada işləməyi bacaran, müştəri yönümlü və pozitiv yanaşmaya malik.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram