- Vakant yerlər üçün iş elanları hazırlanması və elanların saytlarda yerləşdirilməsi
- Vakant yer üçün müraciət edən şəxsləri iş görüşmələrinə dəvət etmək
- İş görüşməsində namizədlər tərəfindən doldurulacaq Ərizə/CV forması şablonun hazırlanması
- Hər vəzifə üçün qiymətləndirmə meyarlarının hazırlanması
- Namizədlər ilə ilk görüşün keçirilməsi
- İlk görüş sonrası doldurulmuş Ərizə/CV formalarının meyarlar üzrə qiymətləndirilməsi
- Yüksək bal alan namizədlərin növbəti görüşünün rəhbərliklə planlaşdırılması və növbəti görüşlərin təşkili
- Personal əməliyyatlarına aid bütün rəsmiləşdirmə əməliyyatlarının Əmək qanunvericiliyinə uyğun ƏMAS və daxili sistemdə həyata keçirilməsi
- Əmək müqavilələrinin doldurulması və tərəflərin arasında imzalanmasına nəzarət
- İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq
- Vəzifə təlimatlarını hazırlamaq
- Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək
- E-Gov hökümət portalı və ƏMAS altsistemi ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək
- Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək
Aylıq tabellərin hazırlanması
- Əmək haqqı kartlarının sifarişi
- Əmək kitabçalarına qeydiyyatların aparılması
- İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək
- Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək
- Müntəzam olaraq işçilərlə sorğu və treninqlər keçirmək
- Şirkətin daxili kommunikasiya prosesinin icrasına nəzarət etmək İş şəraiti:
- İş vaxtı: həftənin 5 iş günü, saat 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə, bazar günləri
- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq
- Azərbaycan Respublikası vətəndaşı
- Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır)
- Yaş : 25-40
- Sahə üzrə 1 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli
- ƏMAS və Microsoft ofis proqramlarından sərbəst istifadə bacarığı
- Komanda daxilində işləmək bacarığı
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti
- Güclü kommunikasiya və təqdimat bacarığı
- Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “İnsan resursları üzrə mütəxəssis” yazaraq CV formasını elektron ünvanına göndərməklə müraciət edə bilərlər