Komplayens üzrə mütəxəssis

Vakansiya detalları

  • Şirkət Hermes Finance ASC
  • Baxış sayı 96
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 40
  • Əmək haqqı 900 - 1500 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Komplayens üzrə mütəxəssis

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 08 noy 2025
  • Bakı, Azərbaycan

İş haqqında

- Maliyyə Monitorinq Xidmətinə təqdim olunan hesabatların düzgünlüyünü yoxlamaq
- ƏL/TMM üzrə daxili təlim və maarifləndirmə tədbirlərində iştirak etmək
- Beynəlxalq sanksiyalar və qara siyahılar (OFAC, UN, EU sanksiyaları) üzrə yoxlamalar aparmaq
- Daxili normativ sənədlərin, siyasətlərin və prosedurların qanunvericiliyə uyğunluğunu qiymətləndirmək
- Yeni məhsul və xidmətlər üzrə compliance rəyini vermək
- ARMB, Maliyyə Monitorinq Xidməti və digər tənzimləyici qurumlardan daxil olan sənədləri təhlil etmək və icrası üzrə tövsiyələr vermək
- Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və aidiyyəti bölmələrə məlumat vermək
- Komplayens risklərini təhlil etmək və onların azaldılmasına dair tədbirlər təklif etmək
- Struktur bölmələrin fəaliyyətinin komplayens tələblərinə uyğunluğunu qiymətləndirmək
- Şübhəli əməliyyatların monitorinqini həyata keçirmək
- Yüksək riskli müştərilərlə bağlı sənədləşməni yoxlamaq və təhlil etmək.

Tələblər

- Ali hüquqi və ya iqtisadi təhsil (komplayens, hüquq, maliyyə və əlaqədar sahələr üzrə)
- Minimum 1 il iş stajı (bank sektorunda təcrübəyə üstünlük verilir)
- ƏL/TMM, AML, CAMS və beynəlxalq sanksiyalar üzrə biliklər
- Azərbaycan Respublikasının maliyyə sektoru üzrə qanunvericiliyə bələd olmaq
- AR MB və Maliyyə Monitorinq Xidmətinin normativ sənədlərini bilmək
- Analitik düşüncə, araşdırma və sənədlərlə işləmə bacarığı
- Yüksək diqqətlilik, etibarlılıq və etik davranış;
- Azərbaycan dili – səlis, ingilis və rus dilləri – arzuolunandır
- MS Office proqramlarında sərbəst işləmə bacarığı.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram