Satiş əməliyyatlari üzrə mütəxəssis (korporativ)

Vakansiya detalları

  • Şirkət Bakinity
  • Baxış sayı 136
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 28 - 35
  • Əmək haqqı 900 - 1100 AZN
  • Təcrübə3 ildən 5 ilə qədər

Vakansiyanı premium et

Satiş əməliyyatlari üzrə mütəxəssis (korporativ)

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 08 noy 2025
  • Bakı, Azərbaycan

İş haqqında

- Şirkətin müsabiqə (tender, kotirovka) və birbaşa alış (müqavilə) çərçivəsində təqdim etdiyi məhsul və xidmətlərin texniki imkanlarını, istifadə şərtlərini araşdırmaq, sistemləşdirmək və daxili istifadəyə uyğun formada təqdim etmək
- Mövcud məhsul və xidmətləri bazardakı alternativlərlə müqayisə edərək üstün və zəif tərəfləri müəyyənləşdirmək
- Təchizatçılardan daxil olan təklifləri qiymət, keyfiyyət və uyğunluq baxımından analiz etmək
- Fərdi və ya standart kommersiya təklifləri hazırlamaq, müvafiq sənədlərlə birlikdə təqdim etmək və uçotunu aparmaq
- Potensial müştəri və tərəfdaşlar barədə araşdırmalar aparmaq, məlumat bazasını yaratmaq və yeniləmək
- Müştərilərlə görüşlərin təşkilini, qeydiyyatını və nəticələrin aidiyyəti bölmələrlə paylaşılmasını təmin etmək
- Müştəri ehtiyaclarını düzgün müəyyən edib, uyğun həll yolları təklif etmək
- Gələn sorğuları operativ və əsaslandırılmış şəkildə cavablandırmaq
- Müştərilərlə yazışmalar və danışıqlar aparmaq, davamlı və effektiv əməkdaşlıq qurmaq
- Satış proseslərini sənədləşdirmək, sistemə düzgün və vaxtında daxil etmək
- Müqavilələrin hazırlanması və bağlanması prosesində iştirak etmək, şərtlərin uyğunluğunu yoxlamaq
- Məhsul və xidmətlərlə bağlı təqdimatlar həyata keçirmək, texniki və kommersiya üstünlüklərini izah etmək
- Rəhbərlik tərəfindən vəzifəsi üzrə verilmiş digər tapşırıqları vaxtında, məsuliyyətlə və keyfiyyətlə icra etmək.

Tələblər

- Ali bakalavr təhsili (İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması və oxşar sahələr)
- İT sahəsində iş bacarıqları – texniki biliklərə və İT sistemlərində təcrübəyə malik olmaq
- Korporativ satış (B2B) sahəsində minimum 3 il iş təcrübəsi
- Əsas tender saytlarını və onların iş prinsiplərini bilməli
- Azərbaycan dilində sərbəst səviyyədə, Rus dilində orta səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (İngilis dilini bilməsi arzuolunandır)
- MS Office proqramı ilə sərbəst işləmə bacarığı
- Bitrix və 1C  ilə işləmə bacarığı
- Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı
- Komanda mühitində işləmək bacarığı.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram