Qrup rəhbəri (problemli kreditlər üzrə)

Vakansiya detalları

  • Şirkət KredAqro BOKT MMC
  • Baxış sayı 141
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 40
  • Əmək haqqı 2000 - 2200 AZN
  • Təcrübə3 ildən 5 ilə qədər

Vakansiyanı premium et

Qrup rəhbəri (problemli kreditlər üzrə)

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 01 noy 2025
  • Bakı, Azərbaycan

İş haqqında

- Komandanın işinin təşkili: tapşırıqların verilməsi, zənglərə nəzarət, zəng siyahılarının bölüşdürülməsi, şablon və ya tapşırıq əsasında baza hesabatların hazırlanması, kampaniya zənglərinin kontrolu
- KPI göstəricilərinə nəzarət: ödəniş planlarının icrası, ödənişə çevrilmə faizi, uğurlu əlaqə sayı
- İşçilərin motivasiyası: zənglərin təhlili, təlimlər, kouçinq, mini-treninqlərin keçirilməsi
- Digər şöbələrlə koordinasiya: hüquq, analitika, IT (CRM, dialer üzrə məsələlər)
- Rəhbərlik üçün hesabatların hazırlanması: gündəlik və həftəlik qrup nəticələrinin ümumiləşdirilməsi.
- İş qrafiki: (Bazar ertəsi - Cümə, 10:00 dan-19:00 dək, 2/2 növbəli sistemə keçid mümkün ola bilər)
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə
- Gələcəkdə məsafədən (remote) işləmə imkanı
- Əmək haqqı: 2.000 AZNgross + aylıq bonus Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Qrup Rəhbəri) qeyd etməklə göndərmələri xahiş olunur.

Tələblər

- Borcların qaytarılması sahəsində təcrübə — gecikmə mərhələlərini bilmək (Soft, Hard, Collection, Legal), borclularla ünsiyyətin xüsusiyyətlərinə bələd olmaq, müvafiq sahə üzrə rəhbər vəzifələrdə azı 1 il iş təcrübəsi
- Mühüm şərtlər: məhkumluğun və kreditlər üzrə məhkəmə qərarları/borcların olmaması
- İnsanlarla idarəetmə bacarıqları — operatorları motivasiya etməyi, intizamı qorumağı və planların icrasına nəzarət etməyi bacarmaq
- Geri qaytarma üzrə KPI bilikləri — Recovery Rate, RPC (Əlaqə yaradılmış əsas şəxs), PTD (Borc üzrə vəd), vəd nisbəti, planın icra faizi və s.
- Analitik düşüncə — hesabatlarla işləmə bacarığı (Excel, BI), hesabatlardan mənzərəni düzgün oxumaq və mümkün risklərin qarşısını öncədən alma bacarığı
- Compliance (uyğunluq) anlayışı — komandaya qanun və daxili qaydalar çərçivəsində işləməyi izah edə bilmək, nəticəyə yönəlik komanda motivasiyasını təmin etmək
- Rus dilini mükəmməl bilməsi vacibdir
- Lider — komandanı arxasınca apara bilən, eyni zamanda hörmət və nəzarəti saxlayan.
- Ünsiyyətcil — tapşırıqları həm rəhbərliyə (yuxarı), həm də operatorlara (aşağı) düzgün çatdıra bilən
- Stressə davamlı — geri qaytarma işi daim müştərilərdən gələn neqativlə müşayiət olunur, həm özünü, həm də komandanı kontrol edə bilməlidir
- Təşkilatçı — iş yükünü düzgün bölən, iş qrafikinə, növbələrə və fasilələrə nəzarət edən
- Təlimçi/Mentor — yeni işçiləri öyrətməyi, zəif operatorları inkişaf etdirməyi bacaran.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram