Məzmun (content) yazari (e-commerce)

Vakansiya detalları

  • Şirkət Sinteks MMC
  • Baxış sayı 124
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 23 - 40
  • Əmək haqqı Əmək haqqı razılaşma ilədir
  • Təcrübə1 ildən aşağı

Vakansiyanı premium et

Məzmun (content) yazari (e-commerce)

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 25 okt 2025
  • Bakı, Azərbaycan

İş haqqında

Sinteks Şirkətlər Qrupu “Məzmun (Content) yazarı (E-Commerce)” axtarır!
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət, üstün və orta qiymət seqmentinə aid ən yüksək keyfiyyət və prestijə sahib dünya brendləri və geniş istehlakçı kütləsinə xitab edən markaları təmsil edir.
Vəzifənin rolu:
Bu vəzifənin rolu təlimatlara uyğun olaraq məhsullara müvafiq və cəlbedici məzmun təqdim etməkdir. Vəzifə öhdəlikləri:
- Məzmunun yaradılması və həyata keçirilməsinə cavabdehdir, lakin başqa saytda yerləşdirilən məzmunun kopyalanması qadağandır.
- Məzmunda plagiat olmamasını təmin edir.
- Hədəf auditoriyasına uyğunluğunu artırmaq üçün mövcud məhsul məzmununu redaktə etmək və təkmilləşdirmək.
- Vebsayt üçün 3 dildə (Azərbaycan, Rus, İngilis) yazılı məzmun yaradır.
- Məzmunu araşdırır, yazır və redaktə edir və digər şöbə əməkdaşları ilə əlaqə saxlayır.
- Məhsul almaq və brendləri tanıtmaq istəyini artırmaq üçün vebsayt ziyarətçiləri üçün cəlbedici məzmunun yazılmasına cavabdehdir.
- Məhsulun konfiqurasiyası və ölçülərinin təfərrüatlarını əlavə edir (bir qayda olaraq, onlar brendin rəsmi saytından götürülür), retuş edilmiş fotoşəkilləri yükləyir.
- Hər iş gününün sonunda saytda yerləşdirilən bütün məhsulları yoxlayır.
- Kateqoriyaların və brendlərin saytda düzgün göstərilib-göstərilmədiyini yoxlayır, səhvləri dərhal düzəldir. Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Məzmun (Content) yazarı (E-Commerce)” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

Məsuliyyətində olan bölmələr:
- Elektron ticarət məhsulları üçün məzmunun yaradılması.
- Məhsullar üçün məzmunun üç dildə yazılması. Professional biliklər:
- Azərbaycan, rus və ingilis dillərini yaxşı bilmək.
- Əla yazı və redaktə bacarıqları.
- MS Office Proqramları Təhsil:
- İstənilən sahə üzrə bakalavr dərəcəsinə üstünlük verilir. İş təcrübəsi:
- Məzmun yaradılmasında təcrübə və ya sübut edilmiş nəticələr. Professional bacarıq və səriştələr:
- Detallara böyük diqqət və redaksiya yanaşması.
- Yaxşı ünsiyyət bacarığı, güclü insan münasibətləri, təşəbbüskar bacarıqlara malik olması.
- Nəticə yönümlü

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram