Mağaza meneceri

Vakansiya detalları

  • Şirkət Sinteks MMC
  • Baxış sayı 131
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 45
  • Əmək haqqı Əmək haqqı razılaşma ilədir
  • Təcrübə3 ildən 5 ilə qədər

Vakansiyanı premium et

Mağaza meneceri

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 17 okt 2025
  • Bakı, Azərbaycan

İş haqqında

Sinteks Şirkətlər Qrupu “Mağaza Meneceri (Emporium Jewellery)” axtarır! 1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir. Vəzifənin rolu:
- Bu vəzifənin rolu mağazada məhsulların alışını və satışını təşkil etməkdir.. Vəzifə öhdəlikləri:
- Kommersiya və Qeyri-kommersiya məhsulları üzrə sifarişi yerləşdirir
- Brend standartlarına uyğun olaraq mağazada məhsulların yerləşdirilməsini təşkil edir
- Mağazanın və satış nümayəndələrinin aylıq satış hədəflərinin yerinə yetirilməsini təmin edir
- VIP satışlar həyata keçirir
- Müştəri bazasının potensialının böyüməsini və istifadəsini təmin edir
- Müştəri xidməti standartlarına riayət olunmasına nəzarət edir
- Satış heyətinin iş qrafikini hazırlayır və ona nəzarət edir
- Yeni işçilərin adaptasiyasını keçirir (iş qrafiki, komanda üzvləri, mağazanın daxili qaydaları, dress kodlar, həmçinin mağazada mövcud olan məhsulların ölçüləri, tərkibi və qiymətləri, məhsulların anbarda yerləşdiyi yer və saxlama qaydaları)
- Mağazanın vaxtında açılıb bağlanmasını təmin edir
- Mağazanın müştərilərin qəbulu üçün hazırlanmasını təşkil edir
- Mağazada olan nöqsanları müəyyənləşdirir və aradan qaldırılması üçün tədbirlər görür
- Mağazada gigiyena, təhlükəsizlik və nizam-intizama riayət olunamsını təmin edir.
- Şirkət əmlakının təhlükəsizliyini təmin edir, pozuntular aşkar edildikdə dərhal rəhbərliyə məlumat verir
- Mağazada malları qəbul edir və yoxlamalarda iştirak edir
- Mağazada mövcud olan malların və inventarların saxlanmasına və hərəkətinə nəzarət edir.
- “Satış texnikası” və “Müştəri xidməti” mövzusunda təlimlər keçir
- Mağaza işçiləri üçün məhsul təlimi keçirir.
- Satış təmsilçilərinin anbar qalıqlarını mükəmməl bilməsi üçün gündəlik iş aparır Məsuliyyət sahəsi:
- Alış və satışın təşkili
- Əsas vəsaitlərin idarəedilməsi
- Mağazanın idarəedilməsi Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Meneceri (Emporium Jewellery)” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

Professional biliklər:
- Müştəri Xidmətləri
- Satış Texnikası
- Merçendayzinq qaydaları
- Rus və ingilis dili yaxşı səviyyədə
- MS Office Proqramları
- Ali təhsil arzuolunandır İş təcrübəsi:
- Zinət əşyalarının satışı sahəsində 4 ildən artıq iş təcrübəsi
- İdarəetmə sahəsində 2 ildən artıq iş təcrübəsi
- Sifariş etmə təcrübəsi
- Bonus sistemi ilə işləmə təcrübəsi Professional Bacarıq və Kompetensiyalar:
- İdarəetmə bacarığı
- Liderlik
- Təşkilatçılıq
- Satış bacarıqları
- Müsahibə aparmaq bacarığı
- Təlim keçmə bacarığı
- Ünsiyyət bacarıqları
- Zamanın idarəolunması
- Problem həll etmə
- Stressə davamlılıq

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram