PAY Group MMC , Fortex.az 2011-ci ildən etibarən Azərbaycanın tikinti və layihələndirmə sektorunda fəaliyyət göstərməkdədir. Bu müddət ərzində şirkət çox sayda keyfiyyətli işləri ilə öz rəqabət üstünlüyünü sübut etməyi bacarmışdır. Biz müştəri və eyni zamanda təmsil etdiyimiz markaların etibarını qazanmağı və müştərilərimizə keyfiyyətlə zəmanət verməyi əsas dəyərlərimiz olaraq qiymətləndiririk, bu səbəbdən müştəri məmnuniyyəti bizim üçün mühüm əhəmiyyət daşıyan bir anlayışdır.
Şirkətimiz və insan resursları arasındakı qarşılıqlı dürüstlük bizim üçün ən əsas faktorladan biridir. Peşəkar əməkdaşlardan ibarət komandamıza yeni istedadların qoşulması və onların daima inkişafı şirkət strategiyamızın əsasını təşkil edir.
Vəzifənin adı: Satış üzrə mütəxəssis (Fortex showroom)
2011-ci ildən etibarən PAY Group MMC-nin tərkibində fəaliyyət göstərən, lüks seqmentə xitab edərək bir sıra tikinti və hər növ interyer dizayn məhsullarının, xüsusilə hər növ qapıların pərakəndə və topdan satışını həyata keçirən Fortex sərgi salonuna satış üzrə mütəxəssis axtarırıq.
Vəzifə üzrə əsas öhdəliklər:
• Məhsulların tanıtma işlərini təşkil etmək.
• Müştərilərlə rahat ünsiyyətin qurulması, məhsul və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, müştərilərin suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək.
• Müştəri ehtiyaclarını müəyyən etmək və müvafiq həlləri tövsiyə etmək.
Məhsulları peşəkar şəkildə müştərilərə təqdim və izah etmək.
• Peşəkar şəkildə müştərilərə xidmət göstərmək.
Səbr və anlayış göstərərək mövcud problemləri həll etmək.
Müsbət biznes və müştəri əlaqələri qurmaq, inkişaf etdirmək və qoruyub saxlamaq.
• Məmnuniyyəti artırmaq üçün müştəri problemlərinin və şikayətlərinin həllini sürətlə icra etmək.
• Müəyyən edilmiş şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq.
İş şəraiti:
• İş qrafiki: Həftənin 6 günü;
• İstirahət günü: Bazar;
• Nahar şirkət tərəfindən verilir;
• Əmək haqqı razılaşma ilə + bonus
Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi hr@paygroup.az ünvanına göndərə bilərsiniz.
Vəzifə üzrə əsas tələblər:
• Ali və ya orta təhsil.
• Satış sahəsində 1 ilədək iş təcrübəsi mütləqdir. (Qapı, tikinti materialları, dizayn məhsulları və s. oxşar sahələrdə çalışanlara üstünlük veriləcək)
• Satış prosesini və dinamikasını başa düşmək.
• Effektiv dinləmə, yazılı və şifahi ünsiyyət bacarıqları.
• Mükəmməl şəxsiyyətlərarası bacarıqlar, o cümlədən həm müştərilər, həm də təchizatçılarla tez bir zamanda əlaqə qurmaq bacarığı.
• Word, Excel və Outlook daxil olmaqla Microsoft proqramlarından sərbəst istifadə bacarığı.
• Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti mütləqdir.
• Yaş həddi 23-40 yaş arası