Həkim terapevt

Vakansiya detalları

  • Şirkət "Sun City Hotel @ SPA Naftalan" MMC
  • Baxış sayı 123
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 26 - 45
  • Əmək haqqı 600 - 800 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Həkim terapevt

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 27 sen 2025
  • Naftalan, Azərbaycan

İş haqqında

- Sanatoriyaya müraciət edən pasiyentlərin ümumi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, diaqnostikası, müalicə və profilaktik tədbirlərin həyata keçirilməsi, həmçinin sanatoriyanın kurort müalicə imkanlarından effektiv istifadəni təmin etmək
- Pasiyentlərin ilkin və təkrar terapevtik müayinəsini aparmaq
- Xroniki xəstəliklərin (ürək-damar, tənəffüs, həzm, dayaq-hərəkət sistemi və s.) idarə olunması
- Müalicə planını hazırlamaq və onu sanatoriyanın digər xidmətləri ilə (fizioterapiya, palçıq terapiyası, hidroterapiya və s.) koordinasiya etmək
- Gündəlik müalicə prosesinə nəzarət etmək və tibb bacıları ilə işgüzar əlaqə qurmaq
- Təcili hallarda ilkin tibbi yardım göstərmək
- Tibbi sənədləşməni düzgün aparmaq (kartlar, protokollar, çıxarışlar və s.)
- Zərurət olduqda pasiyenti digər ixtisaslı həkimlərə yönləndirmək.

Tələblər

- Ali tibbi təhsil (terapevt ixtisası üzrə)
- İxtisas üzrə sertifikat və fəaliyyətə icazə sənədləri
- Azərbaycan Respublikasında tanınan praktik həkim-terapevt lisenziyası
- Minimum 3 il terapevt kimi iş təcrübəsi
- Kurort, sanatoriya və ya ambulator müalicə sahəsində təcrübə üstünlükdür
- Xroniki xəstəliklərin (hipertoniya, şəkərli diabet, osteoxondroz və s.) diaqnoz və müalicə taktikalarını bilmək
- Müalicə planının hazırlanması və fizioterapiya, palçıq, su terapiyası ilə inteqrasiya
- EKQ oxuma bacarığı, təzyiq ölçmə, resept yazma və analiz nəticələrinin şərhi
- Gündəlik müayinə və müşahidə qeydlərini düzgün aparmaq
- Pasiyentlərlə nəzakətli və anlayışlı ünsiyyət qurmaq bacarığı
- Məsuliyyətli, dəqiq və komandada işləməyə uyğun
- Etik və tibbi konfidensiallıq prinsiplərinə riayət etmək
- Stressə davamlı və qərarvermə bacarığına malik olmaq.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram