Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Vakansiya detalları

  • Şirkət PJA MMC
  • Baxış sayı 165
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 45
  • Əmək haqqı 1200 - 1500 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

  • Təhsil: -
  • Son müraciət tarixi: 03 sen 2025
  • Bakı, Azərbaycan

İş haqqında

NM Meneceri (Keyfiyyət-Nəzarət və Məhsul İstehsalına Nəzarət Meneceri)
İş yeri: “PJA” MMC – Hökməli qəsəbəsi
Əsas vəzifə öhdəlikləri: - Ət məhsullarının doğranması, marinadlanması və yarımfabrikat məhsul kimi hazırlanma prosesinə nəzarət
- İstehsalat prosesinin texnoloji normalara və sanitar qaydalara uyğun təşkil edilməsi
- Dondurulmuş məhsulların düzgün qablaşdırılması, saxlanması və qeydiyyatının aparılması
- İstehsal sahəsində avadanlıqların saz vəziyyətdə saxlanması və qrafik üzrə təmirinə nəzarət
- Xammalın (hazır kəsilmiş ətin) keyfiyyətinə və istifadəsinə nəzarət
- Məhsulun buraxılışı və keyfiyyət göstəriciləri üzrə mütəmadi hesabatların hazırlanması
- Dezinfeksiya və gigiyenik tədbirlərin təşkili və gündəlik monitorinqi
- Donduruculu yük maşınlarının texniki vəziyyətinə, sığortasına və soyuqluq rejiminə nəzarət
- Sənədləşmə və aidiyyəti dövlət qurumları ilə koordinasiyanın təmin olunması

Tələblər

- Ət məhsullarının istehsalı və konservasiyası sahəsində bilik və təcrübə
- Sanitar-gigiyena, texniki təhlükəsizlik və ərzaq təhlükəsizliyi normalarını dərindən bilmə
- Minimum 3 il ərzaq istehsalı və ya ət emalı sahəsində rəhbər vəzifədə iş təcrübəsi
- Komandada işləmək və işçi heyətini idarəetmə bacarığı
- Dəqiqlik, məsuliyyət və operativ qərarvermə qabiliyyəti
-Ali və ya texniki təhsil (ərzaq mühəndisliyi və ya qida texnologiyası ixtisası üstünlükdür). Müraciət qaydası:
Zəhmət olmasa CV-nizi və qısa motivasiya məktubunuzu ünvanına "KNM Meneceri –" başlığı ilə göndərin.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram