Kontent yaradicisi

Vakansiya detalları

  • Şirkət Hikvision CO MMC
  • Baxış sayı 157
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 21 - 40
  • Əmək haqqı 700 - 1000 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Kontent yaradicisi

  • Təhsil: -
  • Son müraciət tarixi: 01 sen 2025
  • Bakı, Azərbaycan

İş haqqında

Brendimizin sosial şəbəkələrdə görünüşünü formalaşdıracaq, kreativ ideyaları ilə yadda qalan və izləyiciləri cəlb edən kontentlər yaradacaq kontent meyker axtarırıq. Əgər sən həm texniki bacarıqlara, həm də yaradıcı düşüncəyə sahibsənsə – bu vakansiya sənin üçündür. Vəzifələr:
- Sosial şəbəkələr (Instagram, TikTok, YouTube və s.) üçün foto və video çəkilişlərin təşkili və həyata keçirilməsi
- Qısa formatlı video kontentlərin montajı (Reels, TikTok, Shorts, Stories və s.)
- Kreativ ideyaların hazırlanması, ssenari yazılması və vizual realizasiyası
- Post və storilər üçün dizayn və vizual materialların hazırlanması
- Sosial şəbəkə trendlərinin izlənməsi və brendə uyğun adaptasiyası
- Kontent planının hazırlanması və paylaşımların idarə olunması (SMM komandası ilə birlikdə)
- Foto, video və qrafik kontentin montajı və redaktəsi (Adobe, Figma və s.)
- Paylaşılan kontentin performansına nəzarət və təhlil
- Komanda ilə sıx əməkdaşlıq və ümumi marketinq strategiyasına uyğun hərəkət. İş qrafiki:
- İş qrafiki – saat 09:45-dan 18:45-dək
- İş yeri: “28 May” metro stansiyası yaxınlığı, Şərq bazarının yanı.

Tələblər

- Kreativ düşüncə və özünü ifadə bacarığı
- Mobil telefon və ya kamera ilə keyfiyyətli video və foto çəkə bilmək
- Adobe Premiere Pro, After Effects, Photoshop, Illustrator proqramlarında təcrübə
- Figma və/və ya Canva ilə dizayn bacarıqları
- Video və şəkillər üçün montaj və redaktə bacarığı
- Yüksək estetik zövq və vizual həssaslıq
- Sosial media və kontent trendləri ilə tanışlıq
SEO və SMM haqqında əsas anlayışlar
- Kopyraytinq bacarığı – məzmunun mətn hissəsini də yarada bilmək
- Məlumatların təhlili və nəticələrə uyğun kontent optimizasiyası
- Komanda ilə işləmək və ideyaları kollektiv şəkildə inkişaf etdirmək bacarığı
- Rus dili biliyi arzu olunur. Müraciət qaydası:
CV və portfolionuzu e-mail ünvanına göndərməyinizi xahiş edirik.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram