- Xərclər smetasının tərtib edilməsində iştirak etmək
- Aktivlərin, öhdəliklərin və bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılması
- Növbəti büdcə ili üzrə İnstitutun büdcə layihəsinin hazırlanmasında iştirak etmək
- İnstitutun mühasibat uçotunun aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və müvafiq orqanlara təqdim edilməsi
- İnstitutun maliyyə-təsərrüfat fəaliyyətinin təhlil edilməsi, onların səmərəliliyinin artırılması barədə təklif verilməsi
- İnstitutun maliyyə vəsaitlərinin, mal-materialların, əsas vəsaitlərin uçotunun, onların hərəkəti ilə əlaqədar əməliyyatların mühasibat uçotu sənədlərində düzgün əks etdirilməsinə nəzarət edilməsi
- İnstitutun işçilərinə əmək haqqının, mükafat, ezamiyyə və s. digər ödənişlərin və xərclərin hesablanmasının təmin edilməsi və qanunvericiliklə müəyyən edilmiş tutulmaların həyata keçirilməsi
- İnstitutun fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə maliyyələşmənin tərtib edilməsi və pul vəsaitlərinin təyinatı üzrə xərclənməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi
- İnstitutun inventarizasiya komissiyasının işində nümayəndə vasitəsilə iştirak edilməsi
- İnstitutun fəaliyyət istiqamətlərinə uyğun olaraq ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi
- İnstitutun müəyyən edilmiş ştat sayı və əməyin ödənilməsi fondu dairəsində hazırlanmış ştat cədvəllərinin layihələrinə rəy verilməsi
- Maliyyə ixtisası üzrə ali təhsil, ixtisası üzrə 3 ildən az olmayan əmək stajı (peşəkar mühasib sertifikatının olması arzuolunandır)
- Azərbaycan dili (ingilis və rus dillərini bilmək arzuolunandır)
- Mühasibat uçotu proqram təminatından və İnternet Vergi İdarəsi portalından istifadə bacarığı
- MS Office proqramlarından istifadə - yaxşı səviyyə
- İnternetdən istifadə - yaxşı səviyyə Şəxsi xüsusiyyətlər:
- Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət keyfiyyətlərə sahib olmaq
- Yaxşı ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı
- Təşəbbüskarlıq
- Zamanı effektiv idarəetmə bacarığı Əvvəlki təcrübə haqqında ətraflı məlumat və fotoşəkil əlavə edilmiş CV mövzu sətrində vakansiyanın adı qeyd olunmalı və 5 fevral 2024-cü il (saat 15:00-dək) tarixinədək email-nə göndərilməlidir