Elektrik mühəndisi

Vakansiya detalları

  • Şirkət "Green Service LTD" MMC
  • Baxış sayı 149
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 24 - 50
  • Əmək haqqı 1000 - 1500 AZN
  • Təcrübə3 ildən 5 ilə qədər

Vakansiyanı premium et

Elektrik mühəndisi

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 16 avq 2025
  • Bakı, Azərbaycan

İş haqqında

- Layihələndirmə məlumatlarını qəbul edib analiz etmək və elektrik sistemləri üzrə hesabat təqdim etmək
- Tikintidə elektrik sistemlərinin tətbiqini - Azərbaycan Respublikasının qanunvericiliyinə, şəhərsalma və tikinti norma və standartlarına, həmçinin beynəlxalq standartlara uyğun təmin etmək
- Komanda ilə əməkdaşlıq etmək və tikinti prosesinə daxil olan tərəflərlə sıx işləmək
- Elektrik hissəsinin tətbiqi üzrə məsləhətlər vermək və işlərin qrafikə uyğunluğunu yoxlamaq
- Layihə mərhələlərində texniki dəstək göstərmək və texniki rəy hazırlamaq
- Elektrik sistemlərinin istehsalat sınaqlarında, yoxlamalarında və tikintinin təhvil-təslim prosesində iştirak etmək
- Texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq və büdcə optimallaşdırması üçün təkliflər irəli sürmək
- Elektrik sənədlərinin hazırlanması, paylanması, təsdiqlənməsi və arxivləşdirilməsini təmin etmək.

Tələblər

- Elektrik mühəndisliyi üzrə ali təhsil
- Müvafiq sahə üzrə sifarişçi vəzifəsində minimum 3 il iş təcrübəsi
- Azərbaycan dilində səlis, ingilis dilində yaxşı səviyyədə danışıq və yazı bacarığı
- Yüksək ünsiyyət bacarığı və komandada işləmək bacarığı
- İxtisası üzrə həll yolları təklif etmək və inkişaf yönümlü olmaq Proqram bilikləri:
- AutoCAD – Texniki çizgilərin hazırlanması
- MS Office – Hesabatların, spesifikasiyaların və cədvəllərin hazırlanması üçün
- Dialux və ya oxşar proqramlar – İşıqlandırma layihələrinin hesablanması üçün
- Etap və ya EPLAN – Elektrik sistemlərinin analizi və avtomatlaşdırılmış layihələndirmə üçün.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram