Sosial media mütəxəssisi

Vakansiya detalları

  • Şirkət Antaris QSC
  • Baxış sayı 207
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 21 - 38
  • Əmək haqqı 500 AZN
  • Təcrübə1 ildən aşağı

Vakansiyanı premium et

Sosial media mütəxəssisi

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 01 mar 2024
  • Bakı, Azərbaycan

İş haqqında

Vəzifə öhdəlikləri:
- Bilavasitə e-kommersiya menecerin rəhbərliyi ilə marketinq təqviminin post planına uyğun postların hazırlanması, həmin təqvimə riayət edilməsi (Yeni məhsulların təqdimatı, Kampaniyalar, Press-relizlər və s)
- Mövzuya uyğun cəlbedici veb məzmunun hazırlanması, yəni foto, video mobil çəkilişlər və mobil-redaktə, paylaşılması, effektivliyini izləmək üçün şirkətin marketinq və məhsul komandası ilə əməkdaşlıq
- Şirkətin bütün sosial şəbəkə hesablarında sosial media kanalları vasitəsilə internet izləyicilərinin və müştərilərin müraciətlərinin, rəylərin çevik, peşəkar cavablandırılması
- E-kommersiya meneceri və ya Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi
- Hesabatların vaxtı-vaxtında e-mail vasitəsilə E-kommersiya menecerinə təqdim olunması

İş şəraiti:
- İş qrafiki: 6 iş günü, I-V günlər tam iş günü, VI gün qısa iş günü, nahar fasiləsi iş günü ərzində 1 saat
- İstirahət günü – bazar günü
- Əmək haqqı: başlanğıc 500 AZN
- AR Qanunvericiliyinə uyğun rəsmi qeydiyyat
- İş ünvanı: Ə. Rəcəbli 46 B
- Karyera yüksəlişi və maaş artımı imkanı mövcuddur

Tələblər

- Bəy namizədlər
- Təhsil – Ali (üstünlük verilir-marketinq, iqtisadi)
- Müvafiq sahədə müvəffəqiyyətli əvvəlki təcrübə, 1 il-ə yaxın
Bilik və bacarıqlar:
- Azərbaycan dili - əla
- Rus dili – işguzar yazışmalar aparmaq
Kompyuter bilikləri:
- MC office peşəkar istifadəçi
- Peşəkar bacarıqlar:
- Sosial şəbəkələrdə maksimal “interaction” əldə etmək üçün düzgün foto və video seçmək, mobil telefonla videoçəkiliş və redaktə etmək bacarığı
- Məzmun tərtibi və idarəetmə
- Sadə dizayn və videoredaktə proqramları bilikləri (Canva, Cap Cut)
Şəxsi keyfiyyətlər:
- Fəal, punktual, məsuliyyətli, dəqiq, dürüst və kollektivdə işləmə bacarığı, şəxsi inkişafa meyli olmalı
- Yaş həddi 21-38 yaş arası Müraciət edən Bəy namizədlərin hərbi xidməti keçmiş olması və ya hərbi xidmətə yararsızlıq haqqında hərbi biletin olması

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram