Kredit mütəxəssisi

Vakansiya detalları

  • Şirkət GL ASC (Sizin Lombard)
  • Baxış sayı 170
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 36
  • Əmək haqqı 400 - 600 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Kredit mütəxəssisi

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 10 avq 2025
  • Gəncə, Azərbaycan

İş haqqında

"GL" ASC (Sizin Lombard)
Gəncə şəhərində yerləşən filiallar üzrə
Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri:
- Aktiv satışların təşkili və potensial müştərilərin cəlb olunması;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlanılması;
- Müştəri müraciətlərinin qəbulu, təhlili, kredit komitəsinə təqdimatı və rəsmiləşdirilməsi;
- Yeni kredit məhsulları və satış metodları üzrə təkliflərlə çıxış etmək;
- Müştəri məmnuniyyətini təmin etmək məqsədilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olan şikayət və müraciətləri yerində araşdırmaq;
- Kreditləşmə ilə bağlı sənədlərin düzgün və vaxtında hazırlanmasını təmin etmək. İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 dan – 18:00 dək Əməkhaqqı və bonus sistemi:
- Başlanğıc kateqoriya: 400 AZN əməkhaqqı + 800 AZN bonus = 1200 AZN
- Yuxarı kateqoriya: 600 AZN əməkhaqqı + 1200 AZN bonus = 1800 AZN Əlaqə:
📍 Ünvan: Gəncə şəh, Mirzə Abbas 64

Tələblər

- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ali və ya natamam ali təhsil;
- Yüksək ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma;
- Fərdi və komanda ilə işləmək bacarığı;
- Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;
- Bank və ya bank olmayan kredit təşkilatlarında, xüsusilə lombard sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir. Müraciət qaydası:
Tələblərə uyğun olan namizədlərdən “Kredit üzrə mütəxəssis (müvafiq filialın adı ilə)” başlığı ilə CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Qeyd edək ki, göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram